AFN xəbər verir ki, araşdımaçı jurnalist Cavanşir Həsənli nazir müavininin xaricdəki biznesini araşdırıb. Məlum olub ki, onun Slovakiyada FİREM D.O.O. (Məhdud Məsuliyyətli Cəmiyyəti) 2014-cü il fevralın 9-da qeydiyyatdan keçirilib: "Sloveniya mənbələrinin məlumatına görə, şirkət xidmət və ticarət sahəsində fəaliyyət göstərir. Direktoru Firudin Qurbanovdur.
Şirkət 6671381000 saylı lisenziya ilə Slovakiyanın şərqindəki kiçik Rogaška Slatina şəhərində, Celjska cesta 6 ünvanında hüquqi qeydiyyata alınıb. Sözügedən ünvanda isə şəhərin 4 ulduzlu "Slatina" oteli yerləşir. Eyni ünvanda daha bir şirkət - HOTEL SLATINA d.o.o. qeydiyyatdan keçib. Bu şirkət otelin idarəçiliyini həyata keçirir, təsisçiləri haqqında məlumat yoxdur".
Qeyd edək ki, Firudin Qurbanov 2007-2014-cü illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri işləyib. 2014-cü ilin iyulundan təhsil nazirinin müavindir.
