Sosial / Karusel (16-07-2014, 13:54)
Bakıda həkimlərə məcburi forma satılır - Foto
Bakı şəhəri Təcili Tibbi Təxirəsalınmaz Yardım Stansiyasının baş həkimi Həmidov Mürsəl tibb işçilərini üzərində milli bayraq olan uniforma ilə işə buraxmır
Bu barədə Feysbukda “Sancaq prodakşn” məlumat yayıb. Məlumata görə, baş həkim formaları onun dediyi konkret mağazadan almağı həkimlərə tapşırıb.
Həkimlərin dediyinə görə, baş həkim bu üsul ilə özünə yaxın olan mağazanın satışını təmin edir. Şikayət edən tibb işçiləri formanı başqa yerdən alanların işə buraxılmadığını deyib.
Məsələ ilə bağlı Bakı şəhəri Təcili Tibbi Təxirəsalınmaz Yardım Stansiyası ilə əlaqə saxladıq.
Stansiyanın baş həkimi özbaşına qərar qəbul etmədiyini dedi:
“Mən kiməm ki, özbaşına qərar qəbul edim? Nazirliyin müəyyən etdiyi geyim forması var. Qanun icazə vermir ki, kimsə o geyim qaydasını pozsun. Əgər bu günə qədər hansısa tibb işçisinin geyim qaydasını pozması barədə ona xəbərdarlıq etmişiksə, deməli, qanuna istinad etmişik”.
Baş həkim onu da bildirdi ki, müvafiq dövrlərdə həkimlərə pulsuz forma da paylanılır:
“Səhiyyə Nazirliyindən müvafiq dövrlərdə bizə formalar verilir. Biz həmin formaları həkimlərə paylayırıq. Yeni forma vaxtına qədər ola bilsin ki, kimsə formasını istifadəyə yararsız hala salıb. Biz həmin adama forma almağı qadağan etmirik. Ancaq deyə də bilmərik ki, get, al geyin. Daha yaxşı olar ki, bu kimi məsələlərdə həkimlər birbaşa mənim özümə müraciət etsinlər. Ehtiyatda qalan forma olarsa, pulsuz şəkildə onlara verərik”
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024