Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (13-02-2014, 17:14)
Nazirliyin əməkdaşları maaş ala bilmir

 

 

Kənd Təsərrüfatı Nazirliyinin işçiləri maaşlarını ala bilmir. 

 

“Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, nazirliyin strukturundakı müəssisə təşkilatlarında çalışanlar yanvar ayının əməkhaqqını ala bilməyiblər. 

Bu isə işçilər arasında ciddi narazılığa səbəb olub. Məlumatda qeyd olunur ki, nazirliyin maliyyə idarəsindən gecikməni nazir Heydər Əsədovun tapşırığı ilə əsaslandırıblar. Nazir smetanı təsdiqləmədiyindən işçilərə maaş verilmir. Maaş tələb edən işçilərə isə nazirə müraciət etmək məsləhət görülüb. Onsuzda əməkhaqqı az olan bu sahənin işçilərinin maaşının vaxtında verilməməsi də cidd problemə səbəb olub. 

Bu problemin yaradılmasında isə sabiq nazir İsmət Abasovun adamlarının da rolu olduğu vurğulanır. Onların Heydər Əsədova qarşı təxribat hazırladığı da gizlədilmir. 

Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev “Qafqazinfo”ya açıqlamasında heç bir narahatçılığa əsas olmadığını, belə halların hər ilin əvvəlində baş verdiyini deyib: 

“Nazirliyin tabeçiliyində olan büdcədən maliyyələşən təşkilatlara maaşların verilməsində hər ilin əvvəlində müəyyən gecikmələr olur. Bu, tapşırıq deyil. Hər kəs qısa müddətdə əməkhaqqını alacaq”. 

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024