Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (7-02-2014, 21:21)
Bu “genosid”dən cənab Bağırovun xəbəri varmı?

 

 

  Söhbət Ekologiya və Təbii Sərvətlər Nazirliyindən düşəndə ölkə mətbuatı əsasən nazir Hüseynqulu Bağırovu yaşıllıqların məhv edilməsinə, qiymətli ağacların qırılmasına laqeyd yanaşmaqda ittiham edir. Bəlkə də çoxları bilmir ki, qiymətli təbii sərvət olan balıqların qorunması məsələsi də birbaşa cənab Bağırovun səlahiyyətindədir. Yəni Hüseynqulu Bağırov həm də “balıqlar naziri”dir.

Bəli, hətta bu məqsədlə nazirliyin nəzdində “Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi” Departamenti ( el arasında “rıbnadzor” deyilir ) də yaradılıb. Ancaq nə faydası..?
Dövlət milyonlarla vəsait ayırır ki, balıqlar qorunsun, artırılsın. Bağırovun bölgələrdəki əməkdaşları isə balıqların kökünü kəsməklə, balıqlara qarşı “genosid”lə məşğuldur. Bağırovun belə əməkdaşlarından biri də Mahmud Axundovdur. Bu şəxs Qazax bölgəsində balıqların qənimi kimi ad çıxardıb.Belə ki, Qafqaznews.az xəbər verir ki, nazirliyin əməkdaşı əlinin altında qanunsuz balıq ovu ilə məşğul olan bir neçə balıqçı dəstəsi saxlayır. Ən dəhşətlisi odur ki, həmin dəstələr “elektrik-tok” vasitəsi ilə Kür çayının Qazax rayonundan keçən və Tovuz rayonu, Şəmkir SES-ə qədər davam edən ərazilərdə balıqları kütləvi qırmaqla məşğul olurlar. Sonradan qırılan balıqları öz brakonyer dəstələri vasitəsilə satışa çıxarırlar.
Bizimlə telefon söhbətində Mahmud Axundov deyir ki: “Mən xırda adamam, bu bölgədə nazirliyin “Gəncədən Qazaxa qədər” ərazidə səlahiyyətli nümayəndəsi “Azərittifaq” ləqəbi ilə tanınan Mübariz Mehdiyevdir. Onunla danışın”.

 

Bizimlə telefon əlaqəsi saxlayan Mübariz Mehdiyev isə ancaq xahiş edir ki, “yazını çıxardın”. Biz yazını çıxarmaqla problem həll olunacaq, cənab nazir? Əgər biz yazını çıxrmaqla balıqlar azad nəfəs alacaqsa, biz buna da hazırıq, möhtərəm nazir…
Ümid edirik ki, hörmətli nazir Bağırov öz əməkdaşlarına “yazı çıxartmağı” deyil, öz işlərinə məsuliyyətlə yanaşmağı başa salacaq.

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024