Sosial / Slayd (22-06-2014, 11:03)
Zakir Həsənov Butadan niyə qəzəbli ayrılıb?
Müdafiə naziri görülən işlərdən narazı qalıb...
Moderator.az-a Qaradağ rayonu ərazisində, dənizin kənarında Müdafiə Naziriliyinin sifarişi əsasında inşa edilən "Buta" yaşayış kompleksi barədə ilginc informasiya daxil olub.
Bəlli olub ki, bir neçə gün öncə açılışı gözlənilən kompleksə "Azərenerji" prezidenti Etibar Pirverdiyevlə birlikdə baş çəkən müdafiə naziri Zakir Həsənov gördüklərindən heç də xoşhal olmayıb və oranı qəzəbli tərk edib.
Bildirilir ki, həmin nəhəng kompleks "Azərenerji"nin törəmə şirkəti olan "Azenko" tərəfindən inşa edilir və tikintidə çoxsaylı işlər naziri qane etməyib. Nəticədə o ərazidəki yolların kənarlarına döşənmiş betondan olan bardurların tamamilə sökülərək layihədə göstərildiyi kimi, mərmər bardurlarla əvəz edilməsini və fasadlara vurulan aqlayların dəyişdirilməsini tələb edib.
Xəbərdə o da vurğulanır ki, bu üzdən kompleksin açılışı naməlum vaxtadək təxirə salınıb. Bir neçə növbəlik iş qrafiki təyin etməklə işləri qısa zamanda başa çatdırmaq tələb olunub.