Sosial (13-02-2014, 14:08)
“MTN-lə əlaqəm yoxdur” – Həsən Kərimov
“Mənim fəaliyyətim şəffafdır. Heç bir qurum və ya təşkilatla əlaqəm yoxdur”.
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında AXCP sədrinin müavini Həsən Kərimov MTN-in Antiterror Mərkəzi ilə birbaşa əlaqədə olub idarə olunması iddiasına münasibət bildirərkən deyib. AXCP sədrinin müavini bildirib ki, rejimə qarşı mübarizə aparan insandır : “Eynulla Fətullayev ciddi siyasi araşdırmaları olan və hətta dövlət başçısının ailəsinə məxsus olan şirkətlərin adını açıqlayıb ortaya qoyan jurnalist Xədicə İsmayılovanın fəaliyyətinə kölgə salmaq istəyir. Eynulla Fətullayevin özünün kimə xidmət etdiyi aydındır. Yaxşı olardı ki, özünün fəaliyyəti barədə cəmiyyətə açıqlama versin. Onun yazılarına isə ciddi baxmıram. Öz gözündə tiri görməyb başqasının gözündə çöp axtaranlar şərəfsizlik edir. Eynulla Fətullayev də bu yolun yolçusudur”.