Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (11-05-2014, 13:42)
Zeynəb Xanlarova yenə danışdı: "Camaatı aldatmayın..."

 

"İctimai” kanalda birinci buraxılışı yayımlanan "Telemizan” verilişinin ilk qonağı xalq artisti, millət vəkili Zeynəb Xanlarova olub. 

Axşam.az-ın məlumatına görə, xalq artisti efirdə görünməməyinin səbəbindən danışıb və tez-tez ekranda görünərək qiymətdən düşməkdən qorxduğunu deyib:
 
"Neçə illərin sənətkarıyam. Mən heç evimin eyvanına çıxıb hava da almıram. Bu ancaq xarici səfərlərdə mümkün olur. İnsanların gözünə çox girmək istəmirəm. Bütün kanallara hörmətim var, amma dəvətlərini qəbul etmirəm. Hər yerdən dəvət edirlər, oxumağımı istəyirlər. Mən yalnız AZTV-də və "İctimai”də çıxış edirəm. Düşünürəm ki, "burda oxuyum, orda çıxış edim” düz deyil. Hörmətdən, qiymətdən düşməkdən qorxuram”.

Sənət aləminin bu günkü vəziyyətindən danışan Zeynəb Xanlarova ifaçılara məsləhətlər də verib: 

"Toya gedən müğənni olmamışam. Bu gün toya gedənləri də tənqid etmirəm. Mən konsertlərdən qazanırdım. Bu günki müğənnilər toylardan qazanırlar, konsertlərdən pul götürə bilmirlər. Amma toya gedəndə də xalqı unutmayın. Camaatı aldatmayın... Mən bu sənətin adamıyam, bu aləmdən danışmaq istəyirəm. Sənət adamlarına sənətkar demək istəyirəm. Qoy, toy oxuyanda da xalqı yaddan çıxarmasınlar. Nəyiniz var verin xalqa, bəhrəsini görəcəksiniz”.

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024