Sosial (26-11-2016, 15:26)
Şamaxıda şahmat turniri keçirilmişdir - FOTOLAR
Noyabrın 26-da Şamaxı Şahmat məktəbində rayonun orta ümumtəhsil məktəblərinin şagirdləri arasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr olunmuş şahmat üzrə rayon birinciliyi keçirilmişdir.
Mediatv.az xəbər verir ki, yarış Azərbaycan Respublikasının Dövlət bayrağının zala gətirilməsi və Dövlət himninin səsləndirilməsi ilə başlanmışdır. Yarışdan əvvəl iştirakçılara müstəqil Azərbaycan dövlətinin yaranması və yenidən bərpası tarixi, müstəqilliyin qorunmasında xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən həyata keçirilən tədbirlər və əsası Ulu Öndər tərəfindən qoyulmuş daxili və xarici siyasətin bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi haqıından məlumatlar verilmişdir.
Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən yarışın sonunda qaliblər mükafatlandırılmış, xatirə şəkilləri çəkilmişdir.
