Sosial / Slayd (17-11-2016, 09:28)
GDU-nun müəlliminə 12 400 manatlıq rüşvət ittihamı: - "Qızımı saxta sənədlərlə instituta saldı"
Füzuli rayonundan olan məcburi köçkün Əfət Qasımov Gəncə Dövlət Univeritetinin (GDU) müəllimi tərəfindən aldadıldığını iddaa edir.
Mediatv.az xəbər verir ki, Ə. Qasımov bildirib ki, Gəncə Dövlət Universitetində müəllim işləyən Məmmədov Əlləddin Hətəm oğlu 2010-cu ildə qızını Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialına qəbul etdirmək adı ilə ondan 12400 manat pul alıb: "Bu məbləğin qarşılığında Əlləddin müəllim qızımı institutun birinci kursuna qəbul etdirməli idi. Söhbət zamanı o mənə bildirdi ki, heç bir problem yoxdur, hər şey qanuna uyğun şəkildə həll ediləcək. Beləliklə, qızım 4 il həmin institutun Gəncə filialına gedib gəlməli oldu. Amma 2014-cü ildə məlum oldu ki, qızımın adı qəbul olunanlar sırasında yoxdur və o bu müddət ərzində boş-boşuna məktəbə gedib-gəlib. Bir sözlə, deyilənlərin və görülən işlərin hamısı saxta imiş. Mən pulumu geri tələb etdim. Ələddin müəllim xahiş etdi ki, heç hara şikayət etməyim və pulumu qaytaracağına söz verdi. O müəyyən müddət ərzində hissə-hissə pulumu qaytarmağa başladı. Bununla bağlı əlimizdə qəbiz də var. Lakin 8 min ödədikdən sonra bildirdi ki, Başqalarına da borcum var onları da qaytarmalıyam. Doğrusu, mənim ona ürəyim acıdı. Razılaşdıq ki, daha 1300 manat verdikdən sonra yerdə qalan məbləği istəməyim. Amma bu günədək söz verdiyi məbləği ödəmək istəmir. Bununla bağlı dəfələrlə onunla görüşmüşəm və hər dəfə pulumu qaytaracağına söz versə də, nəticəsi olmayıb. Son aylar isə telefonuma cavab vermir".
Ə. Qasımov qeyd edib ki, bununla bağlı mətbuata müraciət etmək qərarına gəlib: " İstəyirəm ki, mənim kimi onlarla insanların başına oyun acan bu insanı hamı tanısın”.
Füzuli sakini üzləşdiyi problemlə əlaqədar hüquq-mühafizə orqanlarına da müraciət edəcəyini bildirib.
Yazıda adı keçən Əlləddin Məmmədovdan mövqe öyrənmək mümkün olmadı.
Arqument.Az