Sosial / Slayd (7-05-2014, 23:25)
Elton Məmmədov: “Artıq bezmişəm…”
Millət vəkili Elton Məmmədov oğlu Aynar Məmmədovun adı hallanan növbəti qalmaqaldan danışıb.
O, AzNews.az-a açıqlamasında yayılan bu məlumatı növbəti iftira adlandırıb: “Artıq mən bu cür iftiralardan bezmişəm və hesab edirəm ki, belə məlumatlara münasibət bildirməyə dəyməz. Oğlumun kimlə şəkilinin olması ilə belə bir qənaəti taraşlamaq heç bir əxlaqa sığmır”.
Xatırladaq ki, “Yeni Müsavat”ın reportyoru Fərahim İlqaroğlunu döyən şəxsin tapılması ilə cinayətin üstü açılmağa başlayıb. Artıq jurnalistin döyülməsinə iştirak edən Orxan adlı ikinci şəxs də saxlanılıb. Saxlanılanlar Fərahim İlqaroğlunu döymək sifarişini Tural Bayramov adlı bir idmançıdan aldıqlarını etiraf ediblər. Sonrada məlum olub ki, peşəkar döyüşçü olan T.Bayramov vaxtilə millət vəkili Adil Əliyevin rəhbərlik etdiyi Azərbaycan Kikboksinq Federasiyasının üzvü olub. Sonra isə onun Adil Əliyevdən ayrıldığı və nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Aynar Məmmədovla dostluq eləməyə başladığı bildirilir. Onların birlikdə fotosu da var.