Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (28-10-2016, 11:33)
AQRAR UNİVERSİTETİNİN “TAXIL VƏ PAXLALI BİTKİLƏR” LABOROTORİYASINDA YENİ TƏDQİQAT İŞLƏRİ - FOTOLAR

AQRAR UNİVERSİTETİNİN “TAXIL VƏ PAXLALI BİTKİLƏR” LABOROTORİYASINDA YENİ TƏDQİQAT İŞLƏRİ - FOTOLAR

 

Azərbaycan Dövlət Aqrar Universtetində tədrisin keyfiyyətinin yaxşlaşdırılması ən başlıca məsələdir. Önəmli olan bir də Universitetin laborotoriyalarında elmi tədqiqat işlərin aparılması, yeni toxum növlərinin əldə edilməsi və onun təcrübədə sınanılmasıdır. Taxıl və paxlalı bitkilər sahəvi laborotoriyasının bu istiqamətdə apardığı tədqiqatlar və əldə edilən nəticələr bir daha təsdiq edir ki, universitetdə təkcə tədrislə məşğul olunmur. Burda yaradılan yeni toxum sortları ilə ölkənin toxumçuluq fondunun zənginləşməsinə də böyük töhfələr verilir.

AQRAR UNİVERSİTETİNİN “TAXIL VƏ PAXLALI BİTKİLƏR” LABOROTORİYASINDA YENİ TƏDQİQAT İŞLƏRİ - FOTOLAR

Mediatv.az-a ADAU-nun mətbuat xidmətindən bildirilib ki, laborotoriyanın müdiri Firudin Qurbanovun fikirlərinə görə  bitkiçilikdə taxılların istehsalının artırılması müasir tələblərə cavab verən, davamlı sortların tətbiqi ilə əlaqədardır. Odur ki, laboratoriyada aparılan elmi işlərin məqsədi, rayonlaşdırılmış qarğıdalı sortlarının toxumçuluğunun təşkili və yeni təsərrüfatçılıq şəraitində taxıl və paxlalı bitkilərin perspektiv sortlarının dən məhsuldarlığını müəyyənləşdirmək, müqayisəli qiymətləndirmə şəraitində ən yaxşı sortların seçilib, müəyyənləşdirilən kolleksiyalarını toplamaq, mövcud olan formaları əkib becərməklə öyrənmək, qoruyub saxlamaq və onlardan başlanğıc material kimi istifadə edərək yeni məhsuldar formalar  yaratmaqdır. Təcrübənin aparmaqda məqsəd seleksiya sort sınagından müvəffəqiyyətlə keçən formaların seleksiyada istifadəsi və onların toxumçulugunun təşkili, taxıl və paxlalı bitkilərin kolleksiya materialının toplamaq, öyrənmək və müxtəlif ekoloji şəraitlərdə onların toxumçuluğunun təşkil etməkdir. Həmçinin əvvəlki tədqiqat illərində toplanan taxıl və paxlalı bitkilərin kolleksiya materialını tədqiq etmək, onların hibrid, seleksiya və çoxaltma pitomniklərində səpilərək üzərində fenoloji müşahidələr aparmaq, sünbül, dərz analizləri vasitəsilə ən yaxşı nümunələri seçmək, onların seleksiya əhəmiyyətini müəyyənləşdirməkdir.

AQRAR UNİVERSİTETİNİN “TAXIL VƏ PAXLALI BİTKİLƏR” LABOROTORİYASINDA YENİ TƏDQİQAT İŞLƏRİ - FOTOLAR           

Toplanan material geniş öyrənilib, tədqiqat obyektləri üzərində fenoloji müşahidələr aparılıb. Müqayisəli öyrənilən taxıl və paxlalı bitki nümunələrinin ən qısa vegetasiya müddətlərinə malik olanları müəyyən edilib. Alınan nəticələri nəzəri cəhətdən əsaslandırmaq məqsədilə tədqiqatların qarşısında, eyni aqrotexniki şəraitdə yetişdirilən bitkilərin sort fərqlərini öyrənmək vəzifəsi də qoyulub. Bunun üçün isə seçilən sortlar laborotoriyanın təcrübə sahəsində sınaqdan keçirilərək, onların üzərində fenoloji müşahidələr, bitki və sünbül analizləri aparılıb.

Təcrübələr ADAU-nun təcrübə sahəsində aparılıb. Tədqiqat işinin metodikasının əsasını ümumi qəbul olunan “Seleksiya işlərinin aparılma metodikası” təşkil edib.

Müxtəlif seleksiya işləri ilə yeni alınan sortlar sort sınağının təşkili üçün  Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə göndərilib.

           Hibrid, seleksiya və çoxaltma pitomniklərinə səpilən kolleksiya materialına metodikaya uyğun olaraq aqrotexniki tədbirlər həyata keçirilib. Onların nümunələri üzərində sünbül və dərz analizləri aparılıb. Analizlər nəticəsində kolleksiya materialından ən qısa vegetasiyalı, alçaqboylu, iri sünbüllü, sünbüldə və bitkidə olan dənlərin sayına, çəkisinə görə fərqlənənləri xüsusi qeyd edilib. Toplanan material laborotoriya şəraitində tam analiz edilib və hesabat hazırlanıb. Taxıl bitkilərinin 2017-ci il məhsulu üçün səpini aparılıb və bu zaman metodikaya uyğun olaraq bütün aqotexniki tədbirlər həyata keçirilib

  Kənd təsərrüfatında yüksək və keyfiyyətli məhsul əldə etmək üçün hər bir zonanın torpaq iqlim şəraitinə uyğun sortlar seçilməli və onların keyfiyyət göstəricilərinə görə yüksək olan toxumlarından  istifadə edilməlidir.  Bunun üçün kənd təsərrüfatı ilə məşğul olan şəxslər ilk növbədə əkib becərdikləri bitkini, onun növlərini, növmüxtəlifliklərini və sortlarını tanımalı, onun üzərində seleksiya işlərini aparmağı bacarmalıdırlar. Bu gün istehsalata lazım olan məhsuldar, məhsulun keyfiyyəti yüksək olan və davamlı sortların azlığı mövcud olan sort və hibridlər üzərində seleksiya işlərinin aparılmasını, yəni seçmə və digər üsullarla onların yaxşılaşdırılmasını, toxumun səpin keyfiyyət göstəricilərinin analiz edilməsini, bitki kök üzərində ikən onun qiymətləndirilməsini tələb edir.

  Qarşıya qoyulan məqsədə nail olmaq üçün seçilən sortlar laborotoriyanın təcrübə sahəsində sınaqdan keçirilərək, onların üzərində fenoloji müşahidələr, bitki və sünbül analizləri aparılıb. Müqayisəli qiymətləndirmə şəraitində ən yaxşı sortlar seçilib müəyyənləşdirilib, onların toxumçulugu təşkil edilib, kelleksiya nümunələri seçilib.

Laborotoriya müdiri onu da əlavə edib ki, ADAU-nun bir qrup əməkdaşı tərəfindən alınan “ADAU-80”, “GƏNCƏ” və “MƏHSULDAR” qarğıdalı sortları üzərində tədqiqat işləri davam etdirilib. 8 fermer təsərrüfatında becərilməklə onların toxumu artırılıb.

AMEA-nın müxbir üzvü, professor İ. H. Cəfərov, professor əvəzi N. Y. Seyidəliyev, dosentlər M. M. İsmayılov, A. Q. İbrahimov, F. H. Qurbanov, baş müəllim V. R. Mohumayev,  N. S. Cabbarov və baş elmi işçi A. İ. İsgəndərov tərəfindən alınan “MƏHSULDAR” qarğıdalı sortu müvəffəqiyyətlə rayonlaşdırılıb və müəlliflərə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti tərəfindən 00194 saylı patent və müəlliflik şəhadətnaməsi verilib və o, 2016-cı ilin Dövlət Reyestrinə daxil edilib.

AQRAR UNİVERSİTETİNİN “TAXIL VƏ PAXLALI BİTKİLƏR” LABOROTORİYASINDA YENİ TƏDQİQAT İŞLƏRİ - FOTOLAR

 “Məhsuldar” qarğıdalı sortu laboratoriyanın təcrübə sahəsində səpini aparılaraq fenoloji müşahidələr aparılıb. Hal-hazırda qarğıdalı üzərində laboratoriya analizləri aparılır. Yeni yaradılan “Məhsuldar” qarğıdalı sortu üzərində tədqiqat işləri davam etdirilir.

Yeni rayonlaşdırılmış “ADAU-80”, “Məhsuldar”  və “Gəncə”  qarğıdalı sortlarının, həmçinin Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə təqdim olunan “Qismət” tritikale sortunun, “Qırmızı buğda 1”, “Nurcahan” və “Qələbə” yumşaq buğda sortlarının toxum fondunun yaradılması istiqamətində geniş tədqiqat işləri aparılıb.

 “Nurcahan” yumşaq buğda sortu laborotoriya əməkdaşları tərəfindən kütləvi seçmə yolu ilə yaradılıb və Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə təqdim edilib.

Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin qərarına əsasən 2017-ci ilin sınağı üçün “Qismət” tritikale sortunun, “Qırmızı buğda 1”, “Nurcahan” və “Qələbə” yumşaq buğda sortlarının toxum nümunələri İsmayıllı SSM, Salyan SSM, Gədəbəy SSM, Zaqatala SSM, Ağdam SSM, Qusar taxıl SSM, Xaçmaz SSM, və Nax. MR SSM-ə (Sos Sınaq mərkəzlərinə) göndərilib.

Hazırda 2017-ci ilin məhsulu üçün hibrid, seleksiya, çoxaltma pitomniklərində kataloq üzrə səpin aparılır.

шаблоны для dle 11.2

Xəbər lenti
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025