Sosial (29-02-2016, 13:21)
AQRAR UNİVERSİTETDƏ YENİ EKOLOGİYA LABOROTORİYASI VƏ İNFORMATİKA OTAĞI YARADILIB - FOTOLAR
Azərbaycan Dövlət Aqrar Universitetində tədrisin kefiyyətini yaxşılaşdırmaq, nəzəriyyə ilə təcrübənin paralelliyini təmin etmək üçün yeni laborotoriyaların qurulması, informatika otaqlarının sayının artırılması bu gün də aktual məsələ kimi gündəmdədir. Atılan hər bir addım zamanın tələbinə uyğun aqrar mütəxəssisin hazırlanmasında mühüm rol oynayır, qeyri neft sektorunun inkişafı istiqamətində önəm daşıyır.
Mediatv.az-a ADAU-nun mətbut xidmətindən bildirilir ki, Aqranomluq fakültəsində universitetin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərovun təşəbbüsü ilə daha bir laborotoriya və informatika otağı yaradılıb. Ekologiya mühəndisliyi və meşəçilik kafedrasında yaradılan yeni Ekologiya laborotoriyası müasir avadanlıqlarla təmin edilib.
Qlobal iqlim dəyişikliyi və inkişaf zəminində təbii ki, ətraf mühit tamamilə çirklənib, ekoloji tarazlıq demək olar pozulub. Atmosferin zəhərli qazlarla çirklənməsi, meyvə və tərəvəzlərdə toplanan kimyəvi maddələr canlı orqanizm üçün böyük təhlükə mənbəyinə çevrilib. Elə bu üzdən də respublikada ekologiya sahəsində təlabata uyğun mütəxəssislərin hazırlanması da vacib məsələ kimi diqqətdə saxlanılır. ADAU da yeni yaradılan laborotoriya bu istiqamətdə həyata keçirilən işlərə təkan verəcək. Tələbələrin təcrübə dərslərinin daha dolğun və keyfiyyətli keçirilməsini burada qurulan avadanlıqlar təmin edəcək. Laborotoriyanın əsas elmi istqaməti ekoloji obyektlərin bir-biri ilə əlaqəsinin və ətraf mühitin onlara olan təsirinin daha dərindən öyrənilməsidir.
Ekologiya mühəndisliyi və meşəçilik kafedrasının müdiri, dosent Musa Bayramov deyib ki, laborotoriyada işləyərkən tələbə ekologiya anlayışını daha dərindən qavramaq imkanı əldə edəcək, bioekologiyanın müxtəlif metodları ilə yaxından tanış olacaq. Burada həm də laborotor analizlər və tədqiqatların aparılma yolları araşdırılacaq. Tələbələr müxtəlif cihazlarla düzgün davranmaq vərdişinə yiyələnəcəklər.
Bütün bunlar isə o deməkdir ki, alınan avadanlıqlar tədris proqramına uyğun olaraq lobarotoriya işlərinin müasir metodlarla yerinə yetirilməsini tam təmin edəcəkdir. Bu avadanlıqlar vasitəsilə magistr və doktorantlar da elmi-tədqiqat işləri apara biləcəklər.
Yeni yaradılan informatika otağına isə ən müasir kompyuterlər qoyulub və artıq tələbələr informatika dərslərini bu otaqda keçəcək. Bu da onların biliklərinin dünyaviləşməsini təmin edəcək.
