Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (13-10-2016, 10:08)
"Azəriqaz" "Akkord"la anlaşa bilmir... - Bəlasını sakinlər çəkir...

"Azəriqaz" "Akkord"la anlaşa bilmir...
Ötən şənbə “Abşeron” Gənclər şəhərciyində sakinlər etiraz aksiyası keçirib.

Mediatv.az xəbər verir ki, Sakinlərin ayağa qalxmasına “Akkord” şirkətinin “Azəriqaz”a 600 min manat borcunun olması səbəbindən şəhərciyin qazlaşdırılmasında problem yaranması səbəb olub. Sakinlərin verdiyi məlumata görə, qazlaşdırılma ilə bağlı külli miqdarda pul yığılsa da, hətta, sayğaclar quraşdırılsa da, 5 ildən artıqdır ki, onlara qaz verilmir: “Şirkət bəhanə gətirir ki, guya, balkonlar qapadılıb deyə qazın verilməsi yubanır. Amma bu, əsassız iddiadır.
Çünki zamanında balkonların bağlanmasına görə, sakinlər “Akkord”a pul ödəyiblər. Hərədən 200-300 manat pul alıb, sonra da balkonların bağlanmasına icazə veriblər. Bunlar boş və mənasız iddialardır. Həqiqət odur ki, “Akkord” şirkəti “Azəriqaz”a 600 min borcludur. Borcunu ödəmədiyi üçün də əziyyətini biz çəkirik. Pul ödənilsə, “Azəriqaz” qazı verməyə hazırdır. Binaların bəzisində qaz var, bəzisində, daha doğrusu, əksərində isə qaz hələ də yoxdur. Biz də öz haqqımızı tələb edirik. Çıxış yolunu etiraz aksiyası keçirməkdə görürük. Bu, xırda bir qığılcım idi. Şirkət bundan da nəticə çıxarmasa, daha geniş tərkibdə aksiya keçirəcəyik. Planımız var ki, gələn dəfə Bakı-Sumqayıt yolunu bağlayaq. Bəlkə onda bu məsələ həllini tapar. Hələ payız ayıdır. Heç qış girməyib. Lakin sakinlər işıqpullarını verməkdə çətinlik çəkir. Qışda isə aylıq işıq pulu 120-150 manat yazır. Belə olan halda sakinlər işıqpullarını ödəyə bilməyəcəklər. Daha camaatın əvvəlki imkanı yoxdur. Ona görə də şirkət daha “yaxın zamanlarda qazınız veriləcək” fırıldağına son qoyub əməli işə keçməlidir. Bu sözlər aksiyada səsləndirilib”.
Aksiyadan məlumatlı olduqlarını deyən şirkətin mətbuat xidmətinin rəhbəri Bəhruz Əliyev “Şərq”ə söyləyib ki, nümayəndələri həmin gün hadisə yerində olub, sakinləri dinləyiblər:
“Bu şəhərciyə qazın verilməsi davam edən prosesdir. Orda tək bir binadan söhbət getmir. Binaların sayı çoxdur. Oranın qazla təmin olunmasına dair işlər aparılır. Artıq bəzi binalara qaz verilib. Qazın verilməsinə maneə olan səbəblərdən biri balkonların qapadılmasıdır. Bu məsələ prosesi bir qədər yubatdı. Amma proses dayanmayıb. İşlər bu gün də davam edir. Hazırda şəhərcikdə podratçı şirkət tərəfindən qaz borularının yoxlanması prosesi gedir. Bu bir prosedur qaydadır. Bu qayda həyata keçirilmədən heç bir mənzilə qaz verilmir. Proseslər davam edir. Maksimal şəkildə qüvvələr cəmlənib ki, yaxın müddətdə şəhərciyin qaz təminatı başa çatdırılsın. Bir müddətdir məsələ başlayıb. Bu, bizim diqqətimizdən kənarda olan məsələ deyil. Hazırda orda iş gedir. Güman edirəm ki, yaxın vaxtlarda problem tam şəkildə həllini tapacaq”. Şirkət sözçüsü “Akkord” “Azəriqaz”a 600 min manat borcludur” iddiasına da aydınlıq gətirib: “Bilmirəm bu məlumatı haradan alıblar. Amma belə bir məsələ yoxdur”. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024