Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (20-10-2014, 09:31)
Oğulun maşınının qazı çox, atasının binalarında isə qaz yox...

 

Son günlər adı övladının bahalı avtomobili ilə hallandırılan iş adamı bu dəfə öz əməli ilə güngəmə gəlib. Oğlu Bakıda 650 min manatlıq "Lamborghini" sürən "Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) tikdiyi binalarda yaşayan sakinlər Milli.Az-a yazdıqları məktubda öz dərdlərini qələmə alıblar. “Qafqazinfo” xəbər verir ki, onlar yaşadıqları binalarda qaz olmadığını bildirirlər: 

 

“2010-cu ildə biz Muray MTK-nın Yeni Yasamal-2, Məhəmməd Xiyabani 194 ünvanında mənzil aldıq. Bu MTK-nın rəhbərliyi mənzilləri hər payçıya bir qiymətə, bir mənzili 7-8 adama sata-sata bizi aldatdı, nəhayət, şikayətdən sonra bu bina (400 ev) inşasının bitməsi üçün Şərur MTK-ya verildi. Sonra İsfəndiyar müəllim binanın təmirinə başlayaraq birtəhər, "ala başına, kül başına" binanın tikintisini başa çatdıraraq camaatı aldatdı, binaya qaz, su, elektrik xətti çəkildi. Elektrik və suyun verilişində heç bir problem olmasa da, artıq bir ilə yaxındır ki, hər dəfə "bu ay qaz veriləcək" deyə-deyə aldadırlar. Binaya qaz xətti çəkilib, sayğac qoyulsa da hələ də qazın verilişindən heç bir xəbər yoxdur. Hər həftənin bazar günü bina sakinləri həyətə yığışaraq etiraz aksiyası keçirsələr də, bu məsələ hələ də həllini tapmayıb. İsfəndiyar müəllim “bina mənlik deyil” deyərək problemin həllindən boyun qaçırır”.

Sakinlər qeyd edirlər ki, soyuqdan evlərdə oturmaq mümkün deyil, hələ qarşıdan qışın gəlişini nəzərə alsaq, günümüzün necə olacağını Allah bilir. 

“Rəhbərliyin belə hərəkəti ucbatından bir neçə sakin artıq bu binadakı mənzilinə köçməkdən imtina edərək, bir çoxları isə hələ təmirinə başlamadan mənzilini satışa çıxarıblar. Binada rəhbərlik tərəfindən artıq pul yığılma halları da baş alıb gedir, su sayğacı qoyulsa da, sayğac yazdığından əlavə, hər ay 20 manat su pulu alınır, binanın həyətinə avtomobillər buraxılmayaraq hər ay üçün 30 manat dayanacaq pulu alınır, yük liftinin olmasına baxmayaraq, heç bir sakinə onunla yük qaldırmağa icazə verilmir. Bu binada yaşamaq üçün çıxarımız: 100 manat elektrik pulu + 40 manat qaz pulu + 30 manat dayanacaq pulu + 20 manat su pulu olduğunu nəzərə alsaq, hər ay 190 manat pul ödəməyimiz lazımdır”, - deyə sakinlər şikayətlənirlər.

“Azəriqaz” İstehsalat Birliyinin Qaz təsərrüfatı istismarı şöbəsinin rəisi Vaqif Namazov Milli.Az-a açıqlamasında bildirib ki, MTK rəhbəri texniki icra və təhvil-təslim sənədlərini aidiyyəti qurumlara təqdim etməlidir. Bundan sonra həmin binaya qazın verilməsində heç bir problem olmaz. Şöbə rəisinin sözlərinə görə, “Azəriqaz”ın yeni tikilən binalarda qaz çəkilməsində heç bir fəaliyyəti yoxdur. Bu işlər MTK rəhbərliyinin sifarişi ilə həyata keçirilir, qaz idarəsinin işi isə ancaq qazı açıb buraxmaqdır.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024