Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (12-10-2016, 09:45)
Bakının bir kollecində min bir oyunbazlıq... - Tələbələr narazıdır

Bakının bir kollecində min bir oyunbazlıq...
Paytaxtın Nərimanov rayonu, Təbriz prospekti 51 ünvanında yerləşən və hazırda İradə Səfərovanın direktoru olduğu Bakı İdarəetmə və Texnologiya Kolleci 16 sentyabr 1999-cu ildə Nazirlər Kabinetinin qərarına əsasən Bakı Yerli Sənaye Texnoloji Texnikumunun və Bakı Yüngül Sənaye Texnikumunun bazası əsasında yaradılıb.

Mediatv.az:  Qeyd edək ki, hazırda bu təhsil müəssisəsində texnologiya müəllimliyi, mühasibat uçotu, maliyyə işi, bələdiyyə təsərrüfatının təşkili, bina və qurğuların tikintisi və istismarı, avtomobil yolları və aerodromların tikintisi, istismarı və təmiri, geyimlərin modelləşdirilməsi və konstruksiya edilməsi, zərgərlik məmulatları və bəzək əşyalarının hazırlanması ixtisasları üzrə mütəxəssislər hazırlanır. Lakin adıçəkilən təhsil ocağı ilə bağlı əldə etdiyi bilgiləri Gundelik-Baku.com-la paylaşan məlumatlı şəxs iddia edir ki, İradə Səfərovanın gəlişindən sonra Bakı İdarəetmə və Texnologiya Kollecində vəziyyət mənfiyə doğru dəyişməyə başlayıb.

Odur ki, deyilənlərin nə dərəcədə doğru olub-olmadığını yerində müəyyənləşdirmək Bakı İdarəetmə və Texnologiya Kollecinə baş çəkdik. Qeyd edək ki, kollecin həyətinə daxil olmazdan öncə təhsil müəssisəsinin ətrafında nələrin olub-bitdiyini müəyyənləşdirmək üçün bir qədər dolaşdıq. Nəzərinizə çatdıraq ki, kollecin tələbələrini Gundelik-Baku.com-a müsahibə verməyə razı salmaq bir qədər çətin oldu. Çünki onların bir qismi «Sizə müsahibə versək, Bakı İdarəetmə və Texnologiya Kollecində olub-bitənləri anlatsaq və bu, direktorumuz İradə Səfərovanın qulağına çatsa, o zaman bizi kollecdən qovarlar», deyib bizimlə həmsöhbət olmaqdan çəkindilər. Lakin buna baxmayaraq, aralarında elə tələbələr də oldu ki, adları çəkilməmək şərtilə bizimlə söhbətə razılıq verdilər. Beləliklə, «Bir müddət öncəyə kimi savadı, biliyi olan tələbə istədiyi qiyməti ala bilirdi» deyən tələbələrin sözlərinə görə, İradə Səfərovanın gəlişindən sonra Bakı İdarəetmə və Texnologiya Kollecində vəziyyət tamam dəyişdi: «Odur ki, indi savadın olsa da, olmasa da tələb olunan pulu verməlisən. Məsələn, «3»ün qiyməti 50-60, bəzən hətta daha çox olur. «4» və «5»dən isə daşınmağa belə, dəyməz. Çünki onlar bir qədər baha başa gəlir. Bu səbəbdən də tələbələrin əksəriyyəti «3»ə üstünlük verirlər». Bu arada, tələbələr arasında apardığımız söhbətlərdən belə məlum oldu ki, cəmiyyətin “qarayarası” olan rüşvət Bakı İdarəetmə və Texnologiya Kollecində təhsil və tədris sistemini diz üstə qoyub. Tələbələr iddia edirlər ki, müasir bazar iqtisadiyyatının qanunları kollecdə təhsilin idarə olunmasında əsaslı rol oynayır. Yəni İradə Səfərovanın rəhbərlik etdiyi təhsil müəssisəsində sanki “təhsil bazarı” formalaşıb. Hər halda tələbələr belə deyirlər. Hətta tələbələrdən biri kollecdə təhsil aldığı müddət ərzində sözün həqiqi mənasında soyulduğunu iddia edir: «Ailəliyəm, həm işləyir, həm də oxuyuram. Heç öz ixtisasıma görə işləmirəm. Bəzən dərsləri buraxıram, qayiblərim olur. Qayibin birini bəzən 5-10 manatdan hesablayıb, “gətir, ver” deyirlər. Ümumiyyətlə, İradə Səfərovanın gəlişindən sonra bizim kollecdə Təhsil Nazirliyinin tapşırıq və göstərişlərinə əhəmiyyət verilmir, onlara əməl olunmur. Belə ki, Təhsil Nazirliyi ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması, neqativ halların aradan qaldırılması barədə müvafiq tapşıqırlar versə də, yenə də müəllimlər bizdən imtahanlar üçün pul tələb edirlər. Ümumiyyətlə, Bakı İdarəetmə və Texnologiya Kollecində təhsil alan tələbələrin demək olar ki, böyük əksəriyyəti kollecdə olub-bitənlərdən narazıdır. Buna baxmayaraq, Təhsil Nazirliyinə və digər qurumlara şikayət etməkdən də qorxurlar. Çünki bundan sonra günümüzü göy əskiyə döndərəcəklər».

Tələbələrin sözlərindən belə aydın olur ki, kollecdə hər imtahan müəlliminin özünəməxsus «qiymətləri» var: «İmtahan müəllimindən «5»in qiyməti neçəyədir?» deyə soruşanda «Tələsmə hələ bu barədə dəqiq məlumat verilməyib. Bilirsiniz ki, qiymətlər imtahana az bir müddət qalmış müəyyənləşir. Odur ki, hələ tələsməyin», deyə cavab verir. Ümumiyyətlə, vaxtaşırı bazarlarda qiymətlər qalxdığı kimi Bakı İdarəetmə və Texnologiya Kollecində də imtahan qiymətləri müəyyən müddətdən bir qalxır. Əslində, tələbələrin bir çoxu oxumur. Ona görə də şikayət edə bilmərik. Qiyməti pulla alırıq. İnsaflı müəllimlər oxuyan tələbənin qiymətini kəsmir. Bizim kimi oxumayanların isə pulunu alır, qiymətini yazırlar». Sonda qeyd edək ki, məsələ ilə bağlı qarşı tərəfin, yəni Bakı İdarəetmə və Texnologiya Kollecinin rəhbərliyinin də mövqeyini öyrənməyə çalışsaq da, buna nail ola bilmədik. Nə qədər qəribə də olsa, bu boyda kollecdə bir nəfər tapılmadı ki, adıçəkilən təhsil müəssisəsilə bağlı tələbələr tərəfindən səsləndirilən ittihamlarla bağlı suallarımızı cavablandırsın. Buna baxmayaraq, qarşı tərəf istənilən vaxt mövqeyini birdirə bilər.

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025