Sosial / Slayd (4-10-2016, 14:44)
Əhmədzadənin adamı dövlətin təbii ehtiyyyatlarını dağıdır
Məzahir Qanboyovun rəhbərlik etdiyi Melioservis İdarəsi dövlət büdcəsini talamaqla məşğuldur
Mediatv.az: Meliorasiya və Su Təəsrrüfatı ASC-nin nəzdində olan qurumların dövlət büdcəsini dağıtması ilə bağlı məlumatlar mütəmadi olaraq ölkə mediasının gündəminə gəlir.
Nə qədər yazılsa, faktlar ortaya qoyulsa da, heç bir tədbir görülmür. Artıq bu qurumun nəzdindəki idarə-müəsissə rəhbərləri büdcə vəsaitləriinin hesabına "kiçik oliqarxa" çevriliblər.
Belə idarə müdirlərindən biridə Beyləqan rayon Melioservis İdarəsidir. Rayondan MilliYol.Az-a göndərilən məlumatda bildirilir ki, idarənin müdiri Məzahir Qanboyovun işi-gücü dövlət vəsaitlərini dağıtmaq, qarşısına çıxanı satmaq və bu yolla imkanlarını artırmaqdan ibarətdir.
Məlumatda qeyd edilir ki, Mübariz Qanboyovun Melioservis İdarəsinin əsas işi drenlərin və bəzi su kanallarının təmizlənməsidir. Ancaq Beyləqan rayonunda bu idarəyə tapşırılan drenlərin heç birisi bu günə qədər təmilənməyib. İdarə müdiri bir neçə kiçik dreni "gözə kül üfürərək" təmizlətdirməklə işini bitmiş hesab edir. Halbuki, dövlət onun gördüyü işlər üçün hər il külli miqdarda vəsait ayırır.
Yerli Suvarma Sistemləri İdarəsinin əli ilə "forma 2" alan Məzahir Qanboyovun yaxşı imkanları mövcuddur. Buna misal olaraq Bakı şəhərində mənzil almasını, Beyləqanın mərkəzi bazarında bir neçə obyekt tikdirməsini, bahalı avtomobil almasını göstərmək olar. Maaşı 400 manat olan Mübariz Qanboyovun bu qədər var-dövlət əldə etməsinin arxasında korrupsiya, dövlət vəsaitlərinin oğurlanması durur. Çünki heç bir məmur 400 manatla Bakıda şəhərində 100 minə ev, rayonda bir neçə mağaza əldə edə bilməz.
Məlumat verən mənbə iddia edilir ki, hazırda Mübariz Qanboyovun işi "xod" gedir. Belə ki, Melioservis İdarəsinin müdiri idarəyə məxsus traktoru Əmirzeyitli deyilən əraziyə qoyaraq oradan dövlətin təbii sərvətlərini satır. İdarənin traktoru Əmirzeyitlidəki drenləri təmizləmək adı ilə orda olsa da, bu işdən ümumiyyətlə xəbər yoxdur. Dren təmizləmək adı ilə Mübariz Qanboyovun traktoru hər gün Araz çayının qolundan yüz tonlarla çınqıl daşı və qumu satmalaqla məşğuldur.
Dövlətin təbii ehtiyyatları hesabına imkanlaırnı genişləndirən Qanboyovun yeni vəzifə sevdasına düşdüyü iddia edilir. Bu barədə növbəti yazıda.
Onun maxinasiyaları ilə bağlı saytımıza göndərilən məlumatlaır araşdırdıqdan sonra oxucularımıza təqdim edəcəyik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024