Sosial (14-09-2016, 18:16)
ATU-nun məşhur həkiminə dələduzluq ittihamı

Mediatv.az: Biləsuvarın Çinarlı kəndində yaşayan Quliyev Zahid Özbək oğlu Politika.Az-a üz tutub
Onun sözlərinə görə, oğlu Quliyev Kənan ağır yataq xəstəsidir:“Müalicəsi üçün hər zaman çıxış yolu axtarırdım. 2014-cü ildə televiziya verilişlərinin birində Sevinc Mirzəyeva adlı həkimin çıxışını izlədiyim zaman oğlumun müalicəsini edəcəyini düşünüb əlaqə saxladım.
Onunla görüşdüm, Kənanın müalicəsinə ilkin 5400 manat istədi. Həmin pulu kredit götürüb verdim və sonradan 800 manat pul da lazım olduğunu bildirdi. Mənim isə 500 manata gücüm çatacağını bildirdim.
500 manat verdim. Bütün bu pulları ATU-nun cərahiyyə korpusunun həyətində şəxsən qardaşım İlham Sevinc xanıma çatdırıb. Sonradan bir müddət keçdi, heç bir müalicə işi aparmadılar”.
Z.Quliyev paytaxtın Nəsimi Rayon Polis İdarəsinə müraciət edib: “Dələduzluqla alınan pulumu tələb etdim. Polis baş leytenantı Kənan Əliyev formal xarakterli araşdırma aparıb və mənə qarşı dələduzluq edən həkim Sevinc Mirzəyevaya başlanacaq cinayət işini rədd edib.
Həkim bu pulu aldığını inkar edir, lakin bu tamamilə yalandır. 2 ildir mənə dəyən zərərlə və bank ödənişləri ilə əlaqədar oğlumu müalicə etdirə bilmirəm.
Daxili işlər naziri və baş prokurordan xahiş edirəm ki, ərizəyə əlavə etdiyim sənədləri, oğlumun səhhətini, şəkillərini nəzərə alasınız, 5400 manat zərərin ödənilməsinə kömək edəsiniz”.
