Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (28-10-2014, 18:30)
Baş prokurorun “kirvəsi“ həbs olundu

Baş prokuror Zakir Qaralovun adından isifadə edərək özünü onun "kirvəsi" kimi qələmə verib, dələduzluq edənlər bir neçə gün öncə həbs olunublar.

 

Bu barədə arqument.Az-a Yasamal rayon Prokurorluğundakı mənbə məlumat verib.
Xatırladaq ki, birmüddət öncə özünü Zakir Qaralovun "kirvəsi" kimi təqdim edən Elşad Maqsud oğlu Atakişiyev və onun dostu Rövşən Ziyafət oğlu Axundov vətəndaş Səadət Məmişovanı aldadaraq həyat yoldaşını həbsdən azad etmək adı ilə ondan 30 min manat pul alıblar və geri qaytarmayıblar.
Onu da qeyd edək ki, bu ilin iyun ayında Masallı rayonunun Ərkivan kəndində anadan olmuş, hazırda Yasamal rayonu, Şərifzadə küçəsi 12, aspirantların yataqxanası, bina 53, 5-cimərtəbə, otaq 53 ünvanda yaşayan Məmişova Səadət Baba qızı Daxili İşlər naziri Ramil Usubovə və baş prokuror Zakir Qaralova müraciət edib.
Şikayətçi bir müddət öncə Qaynar.info-yabildirmişdi ki, onu aldadaraq külli miqdarda pul alan dələduzlarla bağlı heç bir tədbir görülmür:
"Həyat yoldaşım Namiq Məmişov həbs olunub. Ona 2012-ci ildəBinəqədi məhkəməsi tərəfindən 4 il iş kəsilib. İlyarımdır həbsxanada yatır. Mən məhkəmənin qarşısında olarkən özünü baş prokuror Zakir Qaralovun "kirvəsi" kimi təqdim edən Elşad Maqsud oğlu Atakişiyev və onun dostu Rövşən Ziyafət oğlu Axundov mənə ərimi azad edəcəklərini bildirdilər. Birinci dəfə məndən 8 min manat pul aldılar. Sonra 16 min manat istədilər.
Mən ehtiyat elədiyim üçün 12 saylı notarius vasitəsilə onlara 16 min manat pul verdim. Daha sonra 4 min manat istədilər. Axırda qızıl qolbağımı və qızımın qulağındakı sırğaları aldılar. Mən bütün pulları borca götürmüşəm. Elşad hər dəfə mənə deyirdi ki, narahat olma, baş prokurorla kirvəyəm yaxın günlərdə ərini azad edəcək. Axırda məlum oldu ki, hər ikisi dələduz imiş. Sonra borc sahibləri pullarını istəməyə başladılar. Mən Elşada və Rövşənə yalvardım ki, pulları qaytarın yoxsa özümü öldürəcəm. Ancaq onlar heç veclərinə də almadılar. Sonda borc aldığım şəxslər pulu istəyəndə özümü zəhərləyib öldürmək istədim. Məni toksikologiya xəstəxanasına apardılar. Hazırda xəstəyəm. Yasamal RPİ-ə müraciət eləmişəm. Yasamal rayonprokurorluğu da işlə məşğul olur. Xahiş edirəm mənə və 2 övladıma yazığınız gəlsin. Mənə kömək edin. Yoxsa, özümə qəsd edib öldürəcəm".
Bir müddət öncə - məsələmediadaişqlandırılandan sonra Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov dələduzlara cinayət işinin açıldığını bildirmişdi. Onun sözlərinə görə, vətəndaş Səadət Məmişovanın müraciəti əsasında toplanmış material əsasənda Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində 12 may 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır, bu barədə müraciət müəllifinə rəsmi məlumat verilib.
Hazırda isə özünü Baş Prokurorun "kirvəsi" kimi təqdim edərək dələduzluq edən şəxslər həbs olunublar.

 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024