Sosial / Karusel (29-04-2014, 19:28)
6 müəllim həbs edildi
Naxçıvanın Sədərək rayonunda bir neçə müəllimi həbs ediblər.
Bu haqda Qaynar.info-ya yerli mənbələr xəbər verib.
Məlumata görə Sədərək rayonundakı məktəblərin birinə başqa rayondan olan yeni direktor təyin olunub. Direktoru kollektivə Muxtar Respublikanın təhsil naziri təqdim edib. Amma bu zaman bir gənc müəllim ayağa qalxaraq buna etiraz edib. Bu isə söz davasına çevrilib. Hadisənin aprelin ortalarında baş verdiyi bildirilir. Bundan sonra gənc müəllim saxlanılıb və barəsində 15 sutka azadlıqdan mərhumetmə qərarı çıxarılıb.
Mənbə bildirir ki, bir neçə gün öncə buna etiraz edən daha 5 müəllim saxlanılıb. Onların da hər birinə 15 sutka həbs cəzası kəsilib. Sədərəkdəki mənbələr qeyd edirlər ki, bu müəllimlərlə bağlı Naxçıvan Təhsil Nazirliyinin kollegiyasında müzakirələr aparılır. Onların işdən azad edildiyi haqda da iddialar səsləndirilir.