Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (15-03-2014, 10:27)
Əli Abbasovun müavini olmaq üçün yeni qurulan nazirlikdə savaş başlayıb

Bir həftə əvvəl prezident İlham Əliyevin sərəncamı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin adı dəyişdirilərək Rabitə və Yüksək Texnologiyalar Naziriliyi olu

 

Həmin sərəncamla həmçinin Əli Abbbasov Rabitə və Yüksək Texnologiyalar naziri təyin olunub. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi buraxıldığına görə hazırda nazirliyin bütün işçiləri sərəncamdadır. Bu üzdəndə nazirlik daxilində kadrların ciddi narahatlıqları mövcuddur
Bu barədə PİA.AZ-a daxil olan məlumata görə nazirliyin bir çox əməkdaşları yeni təşkil olunmaqda olan strukturda daha yuksək vəzifə ala bilmək bütün imkanlarını səfərbər edərək hərəkətə keçiblər. daxil olan məlumata əsasən hazırda ən böyük savaş isə nazir müavinləri postu uğrunda aparılır. Belə ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müavini olan İltimas Məmmədovun yerinə 2006-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru vəzifəsində çalışan və daha sonra işdə yol verdiyi ciddi nöqsanlara görə işdən alınan Elçin Zeynalov iddialıdır.
Qeyd edək ki, Elçin Zeynalov təqribən bir il əvvəl nazir Əli Abbasovun əmrilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru təyin olunub. Hazırda isə o,  nazirlikdə ikinci adam hheesab olunan İltimas Məmmədovu əvəzləmək üçün öz imkanlarnı səfərbər edib.
Xatırladaq ki, Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin işi ilə bağlı Sahibkarlığa Kömək Milli Fondunun da keçmiş rəhbəri Qədir Hüseynov həbs olunduqdan sonra yeni nazir təyinatı alan Heydər Babayev Elçin Zeynalovu Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru təyin olunub. Elçin Zeynalov Sahibkarlığa Kömək Milli Fondunun işində ciddi dəyişikliklər edəcəyinə və problemləri ortadan qaldıracağına söz versə də, sonradan onun işində ciddi nöqsanlar aşkarlanıb. Bu barədə PİA.AZ-a məlumat verən mənbə bildirir ki, Elçin Zeynalov Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə verilən güzəştli kreditləri «şapka» ilə verdiyinə görə ölkə rəhbərliynin qəzəbinə tuş olub. Bundan başqa aparılan yoxlama zamanı məlum olub ki, bu vəzifədə qısa müddətdə çalışmasına baxmayaraq Elçin Zeynalov vətəndaşlardan külli-miqdarda rüşvət alıb. Belə ki, İcraçı direktor Sahibkarlığa Kömək Milli Fonduna daxil olan müracəitələri yoxlamadan hər kəsə rəy verib və buna görə hər bir rəyə görə standart qaydada 300 manat alınıb. Misal üçün bir ay müddətində Sahibkarlığa Kömək Milli Fonduna müraciət olunan 5 min ərizəyə rəy verilmiş, buna baxmayraq həmin ərizələrə əsasən güzəştli kreditlər ala bilməyib.
Araşdırmalardan sonra Elçin Zeynalovun həbs olunması gündəmə gətirilib və mənbəninin bildirdiyinə görə açılan cinayət işi nəticəsində o, demək olar ki, həbsxana qapılarından geri dönüb. Daha sonra hamilərinin yardımı ilə İqtisadi İnkişaf Nazirliyndə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəhbəri olsa da, qısa müddət sonra yeni təyin olunmuş nazir Şahin Mustafayev tərəfindən bu vəzifədən alınıb. Bir müddət işsiz qalan Elçin Zeynalov , Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində yerləşib və hazırda nazir müavini postuna iddialı olduğu bildirilir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024