Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Karusel (23-04-2014, 12:28)
İcra başçısı Heydər Əliyev Mərkəzinin inşasına ayrılan vəsaitləri mənimsəyib?

Goranboy rayonunda inşa edilən Heydər Əliyev Mərkəzi təhlükəsizlik standartlarına cavab vermədiyinə görə Fövqalədadə Hallar Nazirliyi binanı təhvil almaqdan imtina edib

 

Bu barədə PİA.AZ-a Goranboydan daxil olan məlumatda göstərilir ki, rayon mərkəzində inşa edilən və mayın 10-da ümummilli lider Heydər Əliyevin ad günündə açılışı gözlənilən Heydər Əliyev Mərkəzinin açılış mərasimi təxirə salına bilər. Buna səbəb isə FHN tərəfindən yeni inşa olunan mərəkin təhlükəsizlik qaydalarına cavab verməməsi haqqında rəyi olub.
Bildirilir ki, inşası 2012-ci ildə başlanılan Heydər Əliyev Mərkəzinin büdcəsi 4 milyon manat təşkil edib. Lakin inşşat zamanı ayrılan vəsaitin bir hissəsi mənimsənildiyndən bina FHN tərəfindən qəzalı olaraq dəyərləndirilib.
Daxil olan məlumatda göstərilir ki, bu məsələ ilə bağlı Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin vəziyyəti ağırdır. Çünki mənimsənilmə faktları ilə bağıl cinayət işi açıla bilər. Həmçinin binanın yenidən tikilməsi gündəmə gətirilib. İcra başçısı binanı öz hesabına yenidən tikməyə razı olsa da, ona olan etimadın itirildiyi qeyd olunur. Binanın tikilişi zamanı mənimsəmə ilə bağlı icra başçısı ən azından səhlənkarlıq nümayiş etdirdiyinə görə icra başçısı Nizaməddin Quliyevin cəzalandırılması gündəmə gəldiyi qeyd olunur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024