Sosial / Slayd (7-06-2016, 23:13)
ƏGƏR ORUCƏLİ RZAYEVİN CÜRƏTİ ÇATIRSA?...-ÖZƏL
ADPU-nin filialları arasında reytinqcə ən geridə qalmışı sayılan Zaqatala filialının direktoru Orucəli Rzayevlə müavini Fizuli Səddinovun əlbir surətdə qəbul adı altında pulunu alıb aldatdıqları Ağdaş rayon sakini İ.Həsənovun şikayəti əsasında hazırlanmış tənqidi məqalə Mediatv.az-da dərc olunandan sonra direktor redaksiyamızı məhkəməyə verib. Xatırladaq ki, qanunazidd, testdənkənar qəbul aparmaları ilə bağlı yazı dərc olunduqdan sonra ADPU-in Zaqatala filialının qarşısına gələrək pulunu tələb edənlərin sayının çoxaldığını görən Orucəli Rzayev və Fizuli Səddinov cütlüyü çıxılmaz duruma düşdüyündən, bizə qarşı şərəf və ləyaqət davası açaraq, 10 min manat təzminat tələb edib.Ona dəymiş mənəvi zərərin on min manat olmasını Orucəli Rzayev görəsən necə müəyyən edib?Bəlkə Orucəli Rzayev alim olduğundan elmə yenilik gətirərək şərəf və ləyaqətin ölçü meyarlarını müəyyən edən "xüsusi aparat" kəşf edib.Görünür Orucəli Rzayev ilk eksperiment kimi Mediatv.az saytına qarşı iddia ilə çıxış edir.Əgər cürəti çatsa ikinci iddianı Suraxanı rayon məhkəməsinə qarşı qaldırmalı olacaq. Çünki , Suraxanı rayon Məhkəməsi redaksiyamıza və filial rəhbərinə göndərdiyi bildiriş məktubunda iddiaçınının initsiallarını "Orucəli Rzayeva" kimi qeyd edib. Məlim olduğu kimi, "a" hərfi ilə sonuclanan soyadlar onu daşıyan şəxslərin məhz qadın cinsinə mənsubluğunu bildirir. Qərbə inteqrasiyadan, o cümlədən Azərbaycan mediasının Qərb mediasından əxz etməli olduğu təcrübədən çox yazılır. Amma nəzərə alınmır ki, Qərb mediası əksər hallarda əxlaq normalarını kommersiya maraqlarına qurban verir. Məsələn, əgər Orucəli müəllimdən yazmaq "Şarli Hebdo" jurnalına (peyğəmbərin karikaturasını çəkən nəşr) 11 min frank qazandıracaqsa, redaksiya tərəddüd etmədən 10 min frankından keçib onu "Rzayeva" kimi təqdim edəcək. Öz şərəf və ləyaqətinə 10 min manat qiymət kəsən direktor əgər həqiqətən cürətlidirsə, indi də qoy məhkəməyə qarşı dava açsın, görək onun şəfəf və ləyaqəti neçəyədir.
Mövzunun davamı olacaq.
Vasif