Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (30-04-2016, 23:13)
DYP POLKOVNİKİNİN “CİNAYƏT ALƏMİ”YLƏ ƏLAQƏLƏRİ ÜZƏ ÇIXDI! – Şok məlumatlar

1452065422_1446503368_1

Hüquq-mühafizə orqanları hər vasitə ilə bu faktı ört-basdır etməyə çalışırlar!

Mediatv.az xəbər verir ki, Azərbaycan hakimiyyətində yüksək vəzifə tutan bir çox şəxslər üçün maddi marağın – pul və sərvətin, cah-cəlallı həyatın millət və dövlət maraqlarından daha üstün tutulması faktı artıq hər kəs tərəfindən etiraf olunan acı gerçəklikdir. Əyləşdiyi dövlət vəzifəsinin hesabına qısa müddət ərzində milyonların sahibi olmuş istənilən səlahiyyətli məmurumuzun şəxsi əlaqələrini və biznes təmaslarını ötəri araşdırmaq kifayət edir ki, onun Qədim Roma əyanlarına məxsus həyat tərzini xatırladan dəbdəbəyə necə nail olduğunun sirrini biləsən.

Ən təhlükəlisi isə odur ki, cəzasızılıq və “yuxarıdan arxayınçılıq” şəraiti get-gedə bu ənənənin daha geniş yayılmasına, hətta cinayətkarlığa qarşı mübarizə aparmalı olan orqanlarımıza da sıçramasına və hüquq-mühafizə sistemində xərçəng xəstəliyi kimi kök atmasına gətirib çıxarıb. Çox uzatmadan, aşağıda sizə təqdim edəcəyimiz bircə fakt təkcə bu təhlükənin miqyasını yox, həm də arxayınçılığın – etdiyi əmələ görə cəzalandırılmayacağına əminliyin həddini anlamaq üçün, bizcə, hələlik yetərlidir…

Beləliklə, Azpolitika.info-nun əldə etdiyi məlumata görə, baş nazirin sabiq müavini Abbas Abbasovla Rusiya, Türkiyə və Dubayda biznes ortaqlığının aşkarlanması səbəbiylə bugünlərdə adı yenidən mətbuatın diqqətinə düşən DİN-in Baş Dövlət Yol Polisi idarəsinin İmtahan-qeydiyyat şöbəsinin rəisi, polis polkovniki Müşfiq Rəhimovun bu dəfə daha bir sensasion əlaqəsi üzə çıxıb.

Məsələnin bizə çatan qısa təfərrüatı belədir: son günlər hüquq-mühafizə orqanları Azərbaycanda böyük bir silahlı “razborkaya” hazırlaşan iki nüfuzlu “qanuni oğru” –“Rövşən Lənkəranski” və “Lotu Quli”nin tərəfdarlarına qarşı irimiqyaslı əməliyyatlara başlayıblar və bu əməliyyatlar zamanı 50-dən çox kriminal aləmlə bağlantısı olan şəxs saxlanılıb. Həmin şəxslərin, xüsusən də “qanuni oğru” “Rövşən Lənkəranski”ylə birbaşa əlaqəsi olanların avtomobillərinin hamısının eyni seriyalı və qoşa nömrələr (99 -**-999; 90 -**- 999; 90-**-099; 99-**-099) olması faktları dərhal polis və prokurorluq orqanlarının diqqətini çəkib. Bu nömrələrin necə əldə edilməsinin iziylə gedən istintaqçılar qısa zaman ərzində müəyyən ediblər ki, prosesdə əsas fiqur Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan şöbəsinin rəisi, polis polkovniki Müşfiq Rəhimovdur.

1319880148

Bizə çatan məlumatlara görə, həbs edilən kriminalların ilkin dindirilməsi zamanı bu nömrələrin təkcə külli miqdarda pul qarşılığında (Deyilənə görə, belə nömrələrin qiyməti, təxminən, 50-70 min manat arasında dəyişir-R.Ə.) deyil, həm də Müşfiq Rəhimovla Rövşən Lənkəranski arasında mövcud olan “köhnə dostluq münasibətləri” hesabına əldə edildiyi müəyyənləşdirilib.

İlk günlər bu faktın aşkarlanmasının hüquq-mühafizə orqanları arasında böyük çaşqınlığa səbəb olduğu və bəzi şəxslərin bu hadisəni ört-basdır etməyə çalışdığı bildirilsə də, artıq məsələnin “dar çərçivədən” çıxdığı və DİN rəhbərliyinə, həmçinin Prokurorluğa və Prezident Administrasiyasına məruzə edildiyi söylənilir. Gözlənilir ki, məhz “daha yuxarılar”ın diqqətini çəkdiyindən yaxın günlərdə DYP polkovnikindən bütün bunların hesabı sorulacaq…

Məlumat üçün bildirək ki, bir müddət əvvəl mətbuatda Müşfiq Rəhimovun artıq ləğv edilmiş MTN-in sabiq baş idarə rəisi, kriminal aləmlə geniş bağlantılara malik Akif Çovdarovla da isti əlaqələrinin olduğu haqda informasiyalar yayılmışdı.

Hazırda M.Rəhimovla bağlı əlimizdə bu səpkili, ancaq dəqiqləşdirilməsi gərəkən daha sensasiyalı informasiyalar da var və onlarla bağlı araşdıma başa çatdıqdan sonra yenidən mövzuya qayıdacağıq…

R.Əliyev
AzPolitika.info

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024