Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (2-05-2016, 13:24)
MƏMMƏD MUSAYEVİN OĞLUNDAN ŞİKAYƏT VAR

"Turanbank"ın haqsız yerə qovulmuş işçisi müştərilərə səsləndi

          Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti, “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin sədri, “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri, Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvü Məmməd Musayevin oğlu Fuad Musayevin rəhbərlik etdiyi "Turanbank" da yer alan qanunsuzluqlar barədə şikayətlər artmaqdadır.

"Turanbank"ın Cəlilabad filialının işçisi olmuş Orucov Fail Fəxrəddin oğlu bildirir ki, "Turanbank"ın vəzifəli şəxsi Emil Mürsəlovun qol qoyduğu qanunsuzluqları ortaya çıxartdığı üçün onu Məmməd Musayevin oğlu Fuad Musayev işdən maddə ilə çıxartdırıb: "Filialın rəhbəri Fərid Məmmədov vətəndaşları aldadaraq öz vəzifəsindən sui - istifadə etmiş, onlardan külli miqdarda pul mənimsəyib ölkədən qaçdı. Bank rəhbərliyi isə bunu istintaqa vermədi, çünki öz maraqları da var idi. Mən dəfələrlə Məmməd Musayevə və Fuad Musayevə müraciət etdim, onlar isə filial rəhbərini banka gətirən Emil Mürsəlovun arxasında dayandılar". 

Fail Orucov KİV-in tribunasından bankın bütün dollar müştərilərinə səslənərək kreditlərini yeni kursla ödəməməyə çağırmışdır: ""Turanbank"ın vəzifəli şəxsi Emil Mürsəlov öz qohumunun dollar kreditini birinci devalvasiyadan sonra köhnə kursla bağlatdırıb, əlimdə sübutlar da var. "Turanbank"ın dollar müştərilərinin hüquqlarını tapdayıblar. Bu cinayəti ortaya çıxartdığım üçün məni qanunsuz yerə işdən maddə ilə azad etdilər. Hüquqlarınız tapdalanan sizlərin Emil Mürsəlovun qohumundan fərqiniz nədi ki, belə ayrı-seçkiliyə yol verirlər? Mən də 2 - ci qrup hərbi əliləm, Biləsuvardanam. Bu yaxında da iki qohumum şəhid olub. Biz bu vətən üçün canımızı veririk, onlar isə xəyanət edirlər. Mənim 5 nəfərdən ibarət ailəm var. Onlara kim baxacaq?" 

Haqsızlıqla barışa bilməyən F. Orucov artıq orqanlarını satmaq qərarına gəldiyini yazır: "Mənə "Turanbank"ın işçiləri deyirlər ki, hara müraciət edirsən -  et, xeyri yoxdu. Mən bilmirəm kimə arxayındılar bunlar. Bir gəncin gələcəyini məhv etmək bu qədərmi asandı onlar üçün? Fərid Məmmədov 29 iyun 2015-ci ildə Emil Mürsəlovun əli ilə ölkədən qaçdı. "Turanbank"ın Cəlilabad filialını yoxladılar, amma mənim fəaliyyətimdə heç bir qanunsuzluq tapa bilmədilər. Məni istədilər işdən çıxardalar, bacarmadılar. Özləri də çox yaxşı bilirdilər ki, mən haqlıyam. Heç bir intizam tənbehi də vermədilər.

Nəhayət, 8 aydan sonra mənə özlərinin də dedikləri kimi "torba tikməklə" işdən maddə ilə azad etdilər. Mən etirazımı bildirdim, niyə 8 ay bundan qabaq məni işdən azad etmədiklərini soruşdum. Mənə cavab belə verə bilmədilər. Mənim şahidlərim də var. Müştərilərə deyirmişlər ki, durun Failin üzünə, onsuz da onun "torbası tikilib". "Turanbank"ın Cəlilabad filialının işçisi Baxışov Zamin (Emil Mürsəlovun qohumu) da orda olub. Bilmirəm dərdimi hara deyim. Məni özümü öldürmək həddinə gətiriblər bunlar, Allahı unudublar".

Cənab Prezidentimizə üz tutan F. Orucov yazır: "Siz vəzifəli məmurlara xitabən demisiz ki, vətəndaşları incitmək və onlara əzab vermək olmaz, mən necə vətəndaşların xidmətində dururam, onlar da elə durmalıdırlar. "Turanbank" rəhbəri Fuad Musayevin sizdən götürdüyü nümunə budurmu? Valdeynlərim hər gün məni görüb əzab çəkirlər. Mənim həyatı məhv ediblər. Mən sadə bir Azərbaycan ailəsində doğulmuşam, öz savadımla ali təhsil almışam, hərbi xidmətim zamanı da 2 - ci qrup əlil olmuşam. Bu haqsızlığa kim cavab verəcək?"

Xatırladaq ki, bu qəbildən olan şikayətlərdə Məmməd Musayev kreditlərin faizlərinin vaxtında ödənilməsi, yaxud ana məbləğin qaytarılması üçün mülki qaydada məhkəməyə müraciət etmək əvəzinə fiziki gücdən istifadə etdiyi, hətta bu məqsədlə qoçu dəstəsi saxladığı, kredit götürən şəxslərin ən müxtəlif üsullarla təhdid və şantajla üzləşdikləri bildirilmişdir. 

 P.S  Fərid Məmmədov axtarışa niyə verilmədi?Onun qaçması nə üçün ört-basdır edilir?   Yaxın günləedə Fərid Məmmədovun ölkədən qaçma səbəbi və Məmməd Musayevin oğlunun bu işdə roluna aydınlıq gətirməyə çalışacağıq.

 Mediatv.az

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024