Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (18-04-2014, 15:03)
Dərnəgül bazarında məmur qarşıdurması

Dərnəgül bazarında məmur qarşıdurması

 

“Bazar rəhbərliyi ilə FHN rəhbərliyi arasında qarşıdurma yarandığı üçün işıqların kəsildiyini deyirlər” 

On beş gündən artıqdır ki, Dərnəgül taxta bazarına elektrik enerjisinin verilməsi dayandırılıb. 
Sahibkarların “Qafqazinfo”ya verdiyi xəbərə görə, elektrikin hansı səbəbdən kəsilməsi bəlli deyil: “Burada 1000-dən çox obyekt var. 15 gündür ki, heç bir iş görə bilmirik. Hamımız vaxtında elektrik pulunu ödəyirik. Əhaliyə 6 qəpiyə verilən işıq üçün biz hər KBt-a görə 15 qəpik ödəyirik. Heç buna etiraz da etmirik. Amma işıqların söndürülməsi işimizi tam dayandırıb”.
Sahibkarlar bildiriblər ki, onlara verilən qeyri-rəsmi məlumatda bildirilir ki, elektrikin kəsilməsi FHN-in müraciəti əsasında olub: “Bazar rəhbərliyi ilə FHN rəhbərliyi arasında qarşıdurma yarandığı üçün işıqların kəsildiyini deyirlər”.
***
"Bakıelektrikşəbəkə"nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev "Qafqazinfo"ya açıqlamasında bildirib ki,  Dərnəgül taxta bazarında işığın kəsilməsinə orda baş verən yanğınla bağlıdır: 
“Taxta sexində yanğınla əlaqədər olaraq enerji təchizatı dayandırılıb. "Bakıelektrikşəbəkə"yə Yanğından Mühafizə İdarəsindən rəsmi məktub daxil olan kimi, işıqlar qoşulacaq.”
***
Bazarda işıqların kəsilməsi ilə bağlı “Qafqazinfo”ya yeni məlumat daxil olub. Məlumatda bildirilir ki, sözügedən bazarın sahibi Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovdur və bazarı ona yaxın şəxslər idarə edir. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovla V. Talıbovun arasında olan qarşıdurma isə dəfələrlə mətbuatda işqlandırılıb. Bu mövzu sonuncu dəfə bazarda baş verən ardıcıl yanğınlar zamanı da gündəmə gəlmişdi. Bazardakı sahibkarlar bildiilər ki, işıqların heç bir səbəb olmadan kəsilməsi də məhz adıçəkilən şəxslər arasındakı qarşıdurmaya görə olub. 

 

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024