Sosial / Slayd (6-03-2016, 17:12)
İcra başçısı fəhlələrin pulunu niyə vermir?-ŞİKAYƏT
“Bərdə rayon İcra Hakimiyyəti başcısı Vidadi İsayev vəzifəyə gəldiyi gündən öz qohum əqrabaların başına toplayıb, yerli əhalini incidərək şəhərdən uzaqlaşdırır”.
Mediatv.az yazır ki, Yenilik.az verdiyi xəbərə görə, bu sözləri Bərdə sakini Cəfərov Elgiz Əvəz oglu bildirib.
Onun sözlərini olduğu kimi təqdim edirik: “Bərdəyə indiki icra başcısı Vidadi isayev vəzifəyə gələndə, şəhərin quruculuq və abadlıq işlərində ustalara ehtiyac olduğun bildirdi. Məndə Bakıda mənimlə işləyən işci biriqadasın yığıb 43 nəfərlə öz doğma rayonum olan Bərdəyə getdim.
Getdiyimiz gün başcının bacanağı olan Mahmud adlı şəxs bizi qarşıladı. Elə həmən gündən də görüləcək işlərlə bizi tanış etdi, şəhərin yol kənarı hasarların, mağaza dükanların, idarə binalarının üz fasad daşlarını yenilənməsi işlərini bizə tapşırdı.
İşin qiymətində danışıb razılaşdıq, və bizi tənbehlədiki “burda kimdənsə pul istəməyəcəksiniz, bütün işlərin hesabatını icrada işləyən Vüqar adlı vəzifəli şəxsə verirsiz və pulunu da məndən tələb edirsiz” dedi.
İlk günlərdə hər şey normal idi, ustaların pula ehtiyacı olduqca Mahmud məllimə deyirdik, oda anında pulları verirdi.
Müəyyən vaxtdan sonra bizi incitməyə başladılar. İşlər yekunlaşdıqca pullarda da ləngimələr oldu.
Bizə tapşırılan bütün işləri bitirdik, hansı obyektdən nə qədər pulumuzun qalması barədə siyahını götürüb getdim icra başcısı Vidadi İsayevin qəbuluna, 5300 manat alacaq olan siyahını ona təqdim etdim. O da siyahını götürüb dedi. Narahat olma düşək aşağı gedək Mahmud məllimi çağırıb siyahını verəcəm ona, getsin bütün pulları toplasın versin. Getdik şəhər parkına orda zəng edib Mahmud məllimi çağırtdı, mən biraz kənarda idim, bunlara yaxınlaşmaq isdəyəndə başcının muavini olan Vidadi İmanquluyev qarşımı kəsdi və başcıya yaxınlaşmamağımı istədi, mən də dedimki başcı özü çağırıbki pulumu alsın versin.
Mənə sərt şəkildə əgər burdan uzaqlaşmasan səni “içəri “soxduracam”, alacağın pulun üstündə də 5300 qoyub polisdən özünü qurtararsan” dedi. Çıx get sabah məni tap, kömək edəcəm.
Məndə ordan uzaqlaşdım, sabahısı gün müavin Vidadini tapdım, o puldan cəmi 800 manat mənə pul verdi və Bərdəni tərk etməyimi dedi, əks halda məni tutduracaqların bildirdi.
Ordan uzaqlaşdım, ustalar haqlarını tələb etməyə başladılar, məndə məcburən faizə pul verənlərdən 6 min dollar alıb ustalara verəcəklərimi ödədim. Ustalar onları Bərdəyə mənim apardığım üçün cavabdeh də məni bildilər.
O gündən sonra Bərdədən uzaqlaşdım gəlib Bakıda işləyib borcumu qaytarmağa çalışdım, ancaqki o pulun üstünün faizini qaytara bildim müəyyən vaxda qədər. Əsas məbləq olan 6000 dollar qalırdı, faizi dollarla götürmüşdüm, o vaxtda dolların kursu manata nisbətdə 0,78 idi, sonralar bəzi ayları verə bilmədim o pul qalxıb 8000 dollar oldu, məndə məcburən keçən ilin yayında ata evimizi satdırıb o borcu bağladım.
Bu arada keçən 5 ilə yaxın vaxtda nə qədər cəhd etdimsə də icra başcısın qəbuluna düşə bilmədim. Öz doğma eli qorxa-qorxa gedib gəlirdim. Axır məcbur olub rayonumuzun millət vəkili olan Zahid Oruc məllimə dərdimi danışdım, o da əlindən gələni edəcəyin bildirdi. Və mənim Vidadi İsayevlə görüşməmə köməklik etdi, bu ilin yanvar ayının 10 günü Bərdədə icra hakimiyyəti binasına girmək, başcıyla görüşmək mənə qismət oldu. Zahid məllimin şahidliyi ilə icra başcısıyla görüşdük, her şeyi olduğu kimi tekrarladım, Vidadi isayevin verdiyi cavab o olduki bunları Mahmud deyilən adam işlədib, gedin Mahmudu verin məhkəməyə pulunuzu alın.
Qayıdıb gəldik Bakıya. Zahid məllim zəng etdi başcının bacanağı olan Mahmuda, mənimlə görüşüb dərdimi dinləməyin isdedi. Mahmud məllim mənə zəng etdi Bakıda parkların birinde görüşdük, mən ondan haqqımı tələb etdim. O da hansıki biz işlədiyimiz obyektlərki var, o obyektlərdən pul ala bilmədiklərini və o işləri icra başcısı Vidadi İsayevin tapşırığı ilə etdirdiyin bildirdi. Və qeyd etdiki əslində o işlər üçün pul dövlət büdcəsindən ayrılsa da, Vidadi isayev o pulları həmin obyekt sahiblərinin və idare müdürlərinin ödəyəcəyini bildirib, daha sonrada o idarə müdürlərini işdən qovub yerinə öz qohumların qoyduğu üçün ortada batan biz ustaların pulları olub. (İşıq idarəsinin müdüri,musiqi və mədəniyyət evinin müdiri)
İndi çarəsiz durumdayam, haqqımı kimden alacağımı bilmirəm”.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.