Cəmiyyət / Slayd (11-09-2014, 22:55)
Cəlilabadın Korrupsiyalaşmış Sosial Müdafiə Mərkəzi
Cəlilabadda sosial yardım verilməsində yeni qaydalar tətbiq olunur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə cənab Səlim Müslümov yeni nazir təyin olunsa da bu nazirliyin bölgələrdəki mərkəzlərində hələ də dövlət tərəfindən aztəminatlı ailələr üçün ayrılmış ünvanlı sosial yardımların verilməsində ciddi qanun pozuntularına, rüşvət və korrupsiya hallarına tez-tez rast gəlinir.
Məsələylə bağlı mətbuata müxtəlif məlumatlar daxil olmaqdadr . Bu isə bölgələrdə ciddi narazılıqlara səbəb olmaqla yanaşı, əhali arasında nazirliyə qarşı inamsızlıq hissi yaradır.
Mediatv.az a daxil olan məlumata görə, Cəlilabad rayon Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Mehdi Abasovun dövlət büdcəsindən ayrılan vəsaiti müxtəlif yollarla mənimsəməklə məşğul olur
Yeni qayda isə bu cürdür- məsəl üçün, iki övladı olan birisi ay ərzində 140 manat müavinat alacaqsa bu, il ərzində 1680 manat edir. Müştəri bu haqqa sahib olmaq üçün öncədən ən azı 3 ayını ( təxminən 400-500 mant) nəğd şəkldə “sobez”ə ödəyib sənədini qeydiyyatdan keçirə bilər.
Mehdi Abasov sosial mudafiə mərkəzinə öz şəxsi obyekti kimi baxır. Dövlətin ayırdığı vəsaiti kateqoriyasından asılı olmayaraq öz şəxsi maraqları çərçivəsində istədiyi adama təyinat verir. Əlimizdə kifayət qədər materiallar vardır. Yəqin ki, yaxın günlərdə cənab nazir Səlim Müslümova və Hüquq Muhafizə orqanlarına rəsmi sorquyla muraciət edəcəyik və adbaad göstərəcəyik ki, bu insanlar necə ünvanlı yardım alırlar. Ölkə rəhbəri cənab İlham Əliyevin rüşvətxorluğa ve korrupsiyaya qarşı mubarizə apardığı bir halda Mehdi Abasovun bu hərəkətlərinə nə qiymət vermək olar? Eləcədə cənab nazir Səlim Müslümovun bu sahədə şəffaflığın təmin edilməsi üçün daim çalışdığını bilən Mehdi Abasov görəsən kimin "Dəyirmanına su tokur"?