Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (16-02-2016, 11:19)
Rayonu hərraca qoyan icra başçısı: 60 mənzilli 3 binanı 21.000 manata satıb!

 

Ucar rayonu Qarabörk kənd sakini Əliyeva Kütah Məhəmmədəli qızı tərəfindən JAM.AZ-a şikayət məktubu göndərilib.

Mediatv.az xəbər verir ki, məktubda rayonun sabiq icra başçısı, hazırda Quba rayon İcra Hakimiyyətinin rəhbəri Yaşar Məmmədov və Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə qarşı bir sıra ciddi ittihamlar irəli sürülür.

Həmin məktubu qısa ixtisarla və zəruri redaktə ilə dərc edirik:

“Bir qrup vəzifəli şəxs rüşvət alıb mənim sahibkarlıq fəaliyyəti məqsədi ilə aldığım torpaq sahəmi əlimdən almaq istəyir. Bütün bunların başında isə hazırda Quba rayonunun icra başçısı vəzifəsində çalışan Yaşar Məmmədov dayınır.

Belə ki, 2014-cü il tarixdə Yaşar Məmmədov Ucar rayonunun icra başçısı vəzifəsində işləyən zaman öz maddi marağına görə, Əmlak Komitəsi ilə əlbir olub, 60 mənzilli 4 mərtəbəli 3 böyük binanı saxtakarlıqla Etibar Qasımov adlı imkanlı şəxsə satıb. Pulun çoxluğundan başları gicəllənib deyə, bizim yerimizi də həmin şəxsə qanunsuz olaraq satıblar.
Həmin şəxs isə yeni inşa edilən 3 möhtəşəm binanı yerlə yeksan etdirib, üzərində tikinti işləri aparan zaman müəyən olunub ki, ona verilmiş reyestr çıxarışı bizim yerin üzərinə düşür. Bu səbəbdən də 2014-cü il tarixdən məhkəmələrdə çəkişirik.

Bundan da Şirvan İnzibati-İqtisadi Məhkəməsinin hakimi İxtiyar Abışov yararlanmaq istəyir. Bütün sənədlər, ekspert rəyləri bizim xeyrimizə gəlməsinə baxmayaraq, hakim İxtiyar Abışov açıq-aşkar deyir ki, yuxarıdan bizim məhkəmənin sədri Mehman Nuriyevə qərarın Etibar Qasımovun xeyrinə çıxarılmasına dair tapşırıq verilib.

Qeyd edim ki, 1997-ci il tarixdə Ucar rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün, mənə 64 kv.metr torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair 2005-ci il tarixdə Ucar bələdiyyəsindən qərar verildi və 2010-cu il tarixdə reyestr çıxarışı aldım. Bundan 10 il sonra mənim qanuni torpağımın başqasına satılması cinayət əməlidir”.

Məktubda həmçinin 3 çoxmənzilli yeni tikilmiş yaşayış binasının saxtakarlıqla satılmasının da ağır bir cinayət olduğu bildirilir : “Dəyəri 500.000 manatdan çox olan həmin 4 mərtəbəli 60 mənzilli 3 böyük binanı sənəddə cəmi 21.000 manata qiymətləndirib, külli miqdarda rüşvət alaraq, Etibar Qasımova satıblar. Bu, cinayət faktıdır.

Bu talançılığa Əmlak Komitəsi ilə əlbir olan Ucar rayonunun sabiq icra başcısı (hazırda Quba rayon icra başçısı ) Yaşar Məmmədov rəhbərlik etmişdir”.

Məktun müəllifi bununla bağlı ölkə prezidenti İlham Əliyevə müraciət edərək, tədbir görülməsi üçün müvafiq tapşırıq verməyi xahiş edir: “Cənab Prezident, xahiş edirik araşdırılsın ki, camaatın ehtiyacı olduğu halda, tikintisi yarımçıq qalmış 4 mərtəbəli 60 mənzili 3 böyük binanın 21 000 manata saxta sənədlərlə satılmasına nə ehtiyac vardı? Bu binanın tikintisini başa çatdırıb, ehtiyacı olan gənc ailələrə verilməsi daha düzgün olmazdımı?

Niyə bu binalar icra başçısı Yaşar Məmmədovla Əmlak Komitəsinin talançılarının iştahına qurban verildi?

İndi həmin bina dağıdılıb, tikinti materialları satılıb, ərazisi xarabaya cevrilib.

Bu azmış kimi, bizə məxsus torpağımızı da əlimizdən almaq istəyirlər. Saxtakar vəzifəli şəxslərin məqsədi Etibar Qasımovdan aldıqları külli miqdarda rüşvəti mənimsəmək olub.

Hazırda isə bu mühasibəli işə Şirvan İnzibati-İqtisadi Məhkəməsində baxılır. Etibar Qasımov rayonda bütün tanışlarına deyib ki, “artıq Məhkəmənin sədri ilə danışıb razılaşmışam, mənim xeyrimə qətnamə çıxaracaq, Dövlət Əmlak Komitəsi də məni müdafiə edir, hər şey pulun başındadır”.

Həqiqətən də, Əmlak Məsələləri üzrə Dövlət komitəsinin 10 saylı idarəsi Etibar Qasımovu aşıq-aşkar müdafiə edir.
Növbəti Məhkəmə iclası 17 fevral 2016 tarixə təyin edilib.
Bildiririk ki, bu torpaq bələdiyyənin balansına verilib, biz də qanuni qaydada almışıq. Əgər bu torpaq bələdiyyənin deyilsə, nə ücün bizə satıblar? Nə ücün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti buna dair cıxarış verib? Bəs həmin vaxtı niyə aşkar edilməyib ki, bu torpaq bələdiyyənin balansında deyil, dövlətindir?

Ucar bələdiyyəsindən həmin torpağı biz qanuni qaydada almışıq. Əgər həqiqətən də həmin torpaq dövlət mülkiyyətində olsaydı, bu kadastr planında və digər ölçü sənədlərində göstərilməli idi. Sadəcə olaraq, vicdanını da pula satmağı özünə ayıb bilməyən vəzifəli şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə edib, bizim torpaq sahəmizi Etibar Qasımova satıb, bizi üz-üzə qoyublar.

Bu cinayət əməlidir. Harın məmur 500.000 manatdan çox dəyəri olan böyük binaları 21000 manata qanunsuz olaraq satırsa, ondan bütün saxtakarlıqları gözləmək olar.

Ancaq ümidimiz Prezident cənab İlham Əliyevədir. Sizdən kömək istəyirik. Xahiş edirik bu faktı şəxsən nəzarətə götürüb, qanunu pozmuş vəzifəli şəxslərin barəsində tədbirlər görülməsinə göstəriş verəsiniz”.

Məktubda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024