Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (11-02-2016, 12:29)
NAZIR ÖZÜNƏ ÜNVANLANAN BU BÖHTANA NECƏ MÜNASİBƏT SƏRGİLƏYƏCƏK?-ÖZƏL

 

 

Mediatv.az informasiya portalı "Təhsil ocağı, yoxsa, qumarxana?" başlıqlı yazını oxucularına təqdim edəndən sonra ictimai qınaq obyektinə çevrilən Şamaxı Dövlət Sənaye-İqtisad Kollecinin direktoru Anar Abbasovun rəvac verdiyi qanunsuzluqlar barədə redaksiyamıza daha ilginc məlumatlar daxil olmaqdadır. Kollecdə korrupsiya tüğyan edir. Tələbələrdən təcrübə kursu üçün 150, yanvar və iyun aylarında götürülən dövlət imtahanı üçün 500 manatdan rüşvət yığılır. Bildirilir ki, 450 nəfərə yaxın tələbə kontingentinin az qala yarısı hərədən 200 manat almaq müqabilində aylığa buraxılıb. Məsələn, direktor sürücü kimi ştata götürdüyü gənc Sərxan Abuzərov 2013-cü ilin ilk üç ayında Aqrar Universitetin əyani tələbəsi olub, yəni belə çıxır ki, eyni vaxtda iki fərqli məkanda zühur edib. Ödənişli əsasla oxuyan tələbələrdən yığılan pullardan formalaşan vəsait hesabına müəllimlərə müxtəlif adlarla haqq etmədikləri mükafatlar yazılır ki, bunun da tam yarısına (50x50) prinsipi) direktor şərik çıxır. Məlumata görə, direktor fevralda Təhsil Nazirliyindən tələbə qəbulu planı almaq üçün nazirliyin adı ilə pul yığır. Redaksiyaya çatan informasiyaya görə, direktor ştat cədvəlində 3 gözətçidən birini, 1 xadiməni, 1 dalandarı, 3 fəhləni, 1 istehsalat-təlim ustasını "ölü can" kimi saxlayaraq, maaş kartlarını cibində gəzdirir. "Yumurtadan yun qırxmağı" bacaran direktor "Riyad" mühafizə şirkəti ilə müqavilə bağlayandan sonra bu adla 450 tələbənin hər birindən aylıq 5 manatdan pul yığır. Kollecin binasının üstündə "Bakcell" şirkətinin antennası quraşdırılıb və 2013-cü ildə Bakı qeydiyyatında olan Allahyarova Simanə Fazil qızının adına rəsmiləşdirilərək illik 1800 manat pul alınır. Anar Abbasov qanunsuz pul tələblərinə "bəraət" qazandırmaq üçün deyir ki, yığdığının heç də hamısı özünə çatmır, "yuxarı" ötürür. "Yuxarı" məhfumu isə özündə əvvəl-axır naziri ehtiva edir. Maraqlıdır, görəsən, cənab nazir M. Cabbarov özünə ünvanlanan bu böhtana necə münasibət sərgiləyəcək? Hər halda öyrənməyə çalışacağıq. Eləcə də Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi C. Yusifovun da yüksək diqqətini bu məqalədə haqqında söz açdığımız məqamlara yönəltməyə çalışacağıq. Çünki A. Abbasovun fəaliyyətindəki maliyyə pozuntuları maliyyə nəzarətini həyata keçirməklə vəzifələndirilmiş şəxslərin də səhlənkarlığına dəlalət edir. Mediatv.az olaraq, mövzunu diqqət mərkəzində saxlayacağıq. Çünki sözügedən orta ixtisas təhsili müəssisəsinin hazırlamalı olduğu gənclər Azərbaycanın işıqlı sabahına xidmət edəcək mütəxəssis kimi yetişməlidirlər. Vətənin, xalqın gələcəyini firavan görmək istəyən tərəqqipərvər KİV bu kimi neqativ hallara biganə qalmamalıdır.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024