Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (12-01-2016, 11:35)
Saatlıda Bank rəhbəri təqaüdçünün kartını oğurladı - Özbaşınalıq...

Saatlıda Bank rəhbəri təqaüdçünün kartını oğurladı
Azərbaycan Beynəlxalq Bankı ətrafında qalmaqal bu qurumun rəhbərini həbsxanayadək daşıdı. Amma sözügedən bankda qanunlara sayğısızlıq və maliyyə maxinasıyalarının altında yalnız Cahangir Hacıyevlə bitmədiyi bəllidir.

Mediatv.az xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankın Saatlı filialında baş verən qanunsuzluq, daha duğrusu açıq-aşkar özbaşınalıqla bağlı cumhuriyyet.az-a daxil olan məlumat onu göstərir ki, bankın filiar rəhbərləri öz əməllərinə görə də indi məhbus həyatı yaşayan sabiq şeflərindən geri qalmırlar.

Saatlı rayon qaracalar kənd sakini 58 yaşlı Nəzərova Səadət Bayram qızı üzləşdiyi qanunsuzluqlarla bağlı redaksiyamıza məktub göndərib. Şikayətçi cumhuriyyet.az-a ünvanladığı məktubda bir il bundan öncə Azərbaycan Beynəlxalq Bankın Saatlı filialından kredit götürdüyünü bildirir. Elə ilk qanunsuzluq həmin andaca baş verib. Belə ki, S.Nəzərəva öz məktubunda bu məsələnin üzərində xüsusi dayanmasa da cumhuriyyet.az-ın araşdırmaları zamanı məlum olub ki, vətəndaşın adına 4.800 (dörd min səkkiz yüz) manat kredit ayrılsa da bu məbləğin bir hissəsi “yoxa çıxıb” və ona “şapka”lı kredit verilib. Amma iş bununla da bitməyib.

Təqaüdçü S.Nəzərovaya kredit verildikdən sonra Azərbaycan Beynəlxalq Bankın Saatlı filialı onun təqaüd kartını da girov kimi özündə saxlayıb. Vətəndaş öz təqaüd kartını tələb etsə də Azərbaycan Beynəlxalq Bankın Saatlı filialının rəhbəri İlqar İbrahimov bildirib ki, “sənin bizə borcun var, kreditini ödəyib qurtarandan sonra kartını götürə bilərsən”. Bildirək ki, təqaüdünü Kapital Bank vasitəsi ilə alan S.Nəzərovanın kartının Beynəlxalq Banka yol tapmasının da maraqlı tarixçəsi var. Belə ki. cumhuriyyet.az-a daxil olan məlumatda bildirilir ki, bu proses kartın müddəti maşa çatdıqdan sonra Kapital Bank tərəfindən dəyişilərkən baş verib.

Belə ki, vətəndaşın yenilənmiş təqaüd kartı Kapital Bankın saatlı rayon filialına daxil olub, amma bu qart hüquqi sahibinə verilməyib. Kapital Bankın rayon filialının rəhbəri Sakit Zahidov S.Nəzərovaya məxsus təqaüd kartını Azərbaycan Beynəlxalq Bankın Saatlı filialınının baş kreditoru Aqil Heydərova verib. Beləcə, Azərbaycan Beynəlxalq Bankın Saatlı filialı öz həmkarının “pas”ını qəbul edərək bir təqaüdçüdən açıq aşkar oğurluq etmiş olub.

Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024