Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (6-01-2016, 10:37)
“Sevimli dad”ın növbəti biabırçılığı - FOTOFAKT

 

Qida təhlükəsizliyi cəmiyyətimizdə ən mühüm və ən çox müzakirə olunan məsələlərdəndir. Amma təəssüflər olsun ki, qida sektorunda çalışan bəzi müəssisələr insanlarımızın qida təhlükəsizliyini yox, şəxsi mənfəətlərini ön plana çıxarır.

 

Mediatv.az xəbər verir ki, bu üzdən də vaxtaşırı olaraq, Qafqaznews.az saytına müxtəlif vətəndaşlardan müraciətlər daxil olur, müxtəlif məhsulların standartlara cavab vermədiyi faktları ictimaiyyətə təqdim olunur. Bu günlərdə redaksiyamıza müraciət edən vətəndaşlar “Sevimli dad” markalı “doktorski” kolbasasının içində qırmızı ləkələr aşkarladıqlarını qeyd etdilər. Məhsula baxdıqda aydın sezilir ki, bu, istehsal prosesində xətanın nəticəsidir və qırmızı ləkələrin mövcudluğu insan sağlamlığına təhlükə yarada biləcəyi barədə şübhələr yaranır.

Belə ki, ət və balıq məhsullarına rəng qatmaq üçün müxtəlif kimyəvi maddələr, stablizatorlar, eləcə də nitrit natrium birləşməsi vurulur. Bu maddələrin normadan artıq vurulması isə istehlakçıların səhhətində ciddi pozuntulara, hətta mədə xərçənginə belə gətirib çıxara bilər. Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, bu, çox güman ki, rəng qarışıqlarının bəzi yerlərdə düzgün düşməməsindən irəli çıxıb: “Kolbasalarda kimyəvi maddələr də istifadə olunur, lakin bəzən bu maddələrin normadan artıq tətbiqi ciddi xəstəliklərə səbəb ola bilər”. O, “Sevimli dad” məhsullarının istehsalı ilə bağlı monitorinq keçirdiklərini, istehsalın standartlara cavab verdiyini əlavə edib.

1507753_145686572471411_3289785399511318944_n

Biz “Sevimli dad”ın istehsalçısı olan MT LTD şirkətinin laboratoriya müdiri və istehsalın idarəsi departamentinin rəhbəri Azadə Rzayeva “e-mail” vasitəsilə göndərdiyimiz şəkillərə baxdıqdan sonra, özünün də buna heyrətləndiyini və məsələni araşdırmaq üçün texnoloqla da danışacağını vurğulayıb. “Özümə də maraqlı gəldi ki, bu, necə olub. Bu, boya maddəsidir. Boya maddələri tənziflə süzülür, ola bilər ki, hansısa həll olunmamış boya maddələri qranula halında məhsula süzülüb. Bu, təsadüfi hal sayılmalıdır. Həm də ciddi təhlükə yaratmır, yeməlidir. Bu şirkətin məhsullarından özüm də istifadə edirəm. Biz məhsulların yoxlanılmasına xüsusi diqqət yetiririk. Məsələni araşdırıb bir daha təkrarlanmamasına çalışacağıq”, – deyə A.Rzayeva qeyd edib.

O, nitrit natriumun kanserogen olduğunu təsdiqləyib: “Bəli, bu birləşmə kanserogendir. Onu boyaq maddəsinə qarışdırırlar. Lakin bu, o qədər bahalı birləşmədir ki, çox az müəssisə ondan istifadə edir. 100 kiloqrama 5 qramdan artıqr vurmaq olmaz. Biz nitrit natriumu çox diqqətlə istifadə edirik. Ümumiyyətlə, kimyəvi maddələrin normasına nəzər yetiririk”. Ötən ilin sonlarında “Sevimli dad”ın “Detskiye” kolbasalarında intim xarakterli şəkil barədə mətbuatda gedən informasiyaları da şərh edən A.Rzayeva əlavə edib ki, o məsələ bəziləri tərəfindən çox şişirdilib: “Lakin o məsələ də həllini tapıb, kolbasaların üzlüklərində şəkillər də dəyişilib. Cizgi qəhrəmanları qalıb, amma yeni motivlə üzlüklər hazırlamışıq”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024