Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (6-12-2014, 22:34)
Türkiyənin qorxduğu “zəhərli ayaqqabılar”- Azərbaycanda

 

Türkiyənin Gömrük və Ticarət Nazirliyinin mətbuat və xalqla əlaqələr müşavirliyi qeyri-qanuni satışa çıxarılan 19 min 920 cüt, 9 model ayaqqabının 2368 cütünün satışdan çıxarıldığını, 1947 cütünün isə hələ də gömrükdəki depoda saxlanıldığını açıqlayıb. 

 

“Mediatv.az” xəbər verir ki, virtualaz.org-a istinadən xəbər verir ki, 15 model ayaqqabıdan 12-nin test nəticələri ayaqqabıların istifadəyə yararsız, yəni təhlükəli olduğunu göstərib. Yalnız 3 modelin test nəticəsi bu məhsulların satışa yararlı olduğunu göstərib.

Xəbərdə qeyd edilir ki, “Denge Enternasyonal Ayakkabıcılık İth. İhr. San. ve Tic. Ltd. Şti” şirkəti Çində istehsal edilən və tərkibinə təhlükəli kimyəvi maddələr qatılan ayaqqabılar “Arow”, “Arow Men” və “Arow Kids” markalı 19 min 920 cüt, 9 model ayaqqabının təhlükəli olduğunu bildiyi halda onları satışa çıxarıb.

Qeyd edək ki, artıq bir həftədir Türkiyə mətbuatı “zəhərli ayaqqabı”ların şəklini yaymaqla əhalini maarifləndirməyə çalışır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyib ki, Çində istehsal olunan, tərkibinə kimyəvi maddələr qatılan bu cür ayaqqabılar Azərbaycana da gətirilir: “Çin bu ayaqqabıları tullantılardan hazırlayır. Onlar daha çox başqa ölkələrə satış üçün nəzərdə tutulub. Bu ayaqqabılar satışa topdansatış şəklində yox, kiloqramlarla çıxarılır. Azərbaycanlı iş adamları, tacirlər isə ucuz qiymətə aldıqları ayaqqabıların təhlükəli olub-olmadığına fikir vermir, belə məhsulları bir ucdan ölkəmizə daşıyırlar”.

E.Hüseynov onu da dedi ki, Çindən gətirilən təhlükəli ayaqqabılar əsasən “Binə” ticarət mərkəzində satışa çıxarılır: “Azərbaycanda müstəqil laboratoriya, müstəqil ekspertlər olmadığından bir çox məhsulların, o cümlədən ayaqqabıların nə dərəcədə təhlükəli olduğunu bilmirik. Azərbaycan ekspertizasi dünya ekspertizasinın ardınca sürünür. Halbuki kimyəvi maddələrdən hazırlanan ayaqqabılar orqanizmin zəhərlənməsinə, hətta dəri xərçənginin yaranmasına səbəb ola bilər. Əhalinin məlumatlandırma səviyyəsi də aşağıdır, heç kim hansı məhsulların təhlükəli olduğunu bilmir

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024