Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (5-01-2016, 12:38)
Saleh Məmmədov “imtahandan kəsildi”: yollar qara tabe oldu

 

“Azəryolservis”in yeni “şef”i ilk sınaqdan uğursuz çıxdı, yuxarıların qəzəbinə tuş gəldi

 

 Qar yağanda ölkə yollarının iflic olması, həyatın donması təəccüb doğurmayacaq dərəcədə normaya çevrilib. Azərbaycan insanı bunun əksini nə görməyib, nə də görmə ehtimalı belə yoxdu...

 Budəfəki qar isə kimin üçün olmasa da, “Azəryolservis” ASC-nin yeni sədri Saleh Məmmədov üçün əsl sınaq oldu. Dövlət başçısının məlum sərəncamı ilə Nəqliyyat Nazirliyindən ayrılıb, müstəqil quruma çevrilən “Azəryolservis” imkan və iş qabiliyyətini göstərməli idi. Amma,... olmadı. Həmişə olduğu kimi, bu dəfə də “Azəryolservis” görməli olduğu işi görə bilmədi. Xüsusi ilə də ölkənin şimal, şimal-qərb və qərb bölgəsində yollar iflic oldu, nəqliyyatın hərəkəti tamamilə dayandı. Təsəvvür edin ki, “Azəryolservis”in məsul şəxsi etiraf edir ki, “Xınalıq yolunun açılmasına ən azı üç gün lazımdır”.

Maraqlıdır ki, qurum rəhbərliyi iddia edir ki, lazımı texnika və duz ehtiyatı kifayət qədərdir. Bəs elə isə onda nə çatışmır...

Məlum durumla bağlı Saleh Məmmədovun yuxarıların qəzəbinə tuş gəldiyi və dərin sarsıntı keçirdiyi bildirilir. Bu istiqamətdə xeberinfo.com-a özəl mənbədən məlumat daxil olub. Elə hakimiyyət yönümlü TV-lərdə “Azəryolservis”in fəaliyyətsizlikdə tənqid olunması da təsadüf deyil. Hətta Saleh Məmmədova nöqsanları aradan qaldırmaq üçün qısa vaxt verildiyi də bildirilir. Yaxın günlərdə “Azəryolservis”də kadr dəyişikliyinə başlanılacağı gözlənilir. Bu sırada isə bəzi rayon yol istismar idarələrinin rəisiləri yer alacaq. Kadr dəyişikliyi ilə bu qurumda problemlər həllini tapacaqmı? Yaşayıb, görərik.

Xeberinfo.com

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024