Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (5-04-2014, 11:48)
Hacıbala Abutalıbovun oğlunun adı yeni qalmaqalda

İsrafil Abutalıbov sahibkarı külli miqdarda ziyana salıb


Ölkədə kiçik və orta sahibkarlar olduqca ciddi problemlər məngənəsindədir. Onlar ciddi şəkildə sıxışdırılır və sıradan çıxarılırlar. Paytaxt Bakıda isə bu proses daha sürətlə irəliləməkdədir. Son illər Bakıda sahibkarları müflis etməklə məşğul olan bir şəbəkə formalaşıb. Əsasən hüquq-mühafizə orqanlarının yüksək rütbəli əməkdaşları və kiçik ranqlı məmurlarının bu işlə məşğul olduğu bildirilir. Onlar işlək olmayan, yararsız vəziyyətdə olan obyektlərini sahibkarlara təmir etdirir və sonra da onlara hədə-qorxu gəlməklə obyektdən uzaqlaşdırırlar. Hüququ pozulan və külli miqdarda ziyana düşən sahibkarın şikayətinə isə aidiyyəti qurumlar baxmaq istəmir, məhkəmələr iddianı təmin etmir və sair.

Valeh Mütəllimov da bu cür problemlə qarşılaşan sahibkardır. O, işlətdiyi bir obyektdən çıxarılıb, digərindən də çıxarılma təhlükəsi qarşısındadır. “Yeni Müsavat”a başına gələn qanunsuzluqları danışan sahibkarın sözlərinə görə, həmin məmurların arxasında daha yüksək rütbəlilər dayandığından, problem dalana dirənib.

Sahibkarın bildirdiyinə görə, əvvəlcə o, Bakının Yasamal rayonunda, Şərifzadə 34 ünvanında yerləşən obyekti icarəyə götürüb və bir müddət sonra oradan çıxarılıb. İcarədarın bir neçə illik müqaviləsi olsa da, obyekt sahibi heç bir səbəb gətirmədən dükanı boşaltmasını tələb edib. Obyektin sahibi Bakı meri Hacıbala Abutalıbovun vəhhabi təriqətini seçmiş oğlu İsrafil Abutalıbovdur. Onun bir neçə sahibkarı qanunsuz olaraq özünə məxsus obyektlərdən çıxartdığı bildirilir. Ondan narazı sahibkarların yaxın günlərdə yığışıb bir neçə quruma birgə şikayət ünvanlayacağı gözlənilir.  

V.Mütəllimov həmin obyektin sahibinin qanunsuz hərəkəti ilə bağlı 2013-cü ildə məhkəməyə müraciət etsə də, Yasamal məhkəməsi onun iddiasını təmin etməyib. Nəticədə sahibkar bir neçə yüz min manat ziyana düşüb. Sahibkarın sözlərinə görə, onu icarə müqaviləsində aldadıblar: “Orada yazılmışdı ki, obyekt sahibi üç ay əvvəldən çıxarılma ilə bağlı xəbərdarlıq edə bilər. Müqavilə bağlayanda vəkilim yox idi. Qarşı tərəf isə bildirdi ki, müqavilə beş illikdir və bu müddəa problem yaratmayacaq. Sonra isə gəlib dedilər ki, çıxmalısan və bu obyekt bizə lazımdır. Onlara bildirdim ki, buraya nə qədər xərc çəkmişəm, mal vurmuşam, borc yığmışam, banka girmişəm. Təkcə bir banka 114 min manat borcum var. Mən dükandan çıxmaqla 350 min manat ziyana düşdüm. 3300 manat aylıq icarə haqqı verirdim, üstəlik, obyektin vergisini də mən verirdim”.

Bundan sonra M.Mütəllimov Binəqədi rayonunda, yol kənarında yeni bir obyekt icarələmək istəyib. Bu obyekt isə 12 il işləməyən, tam yararsız vəziyyətdə olan boş tikili olub. Sahibkar 100 min manat xərc çəkərək oranı təmir edib, 165 min manatlıq isə avadanlıq quraşdırıb. Təxminən 500 min manatlıq mal vurub. Ancaq bir il sonra obyektin sahibi onun işini pozmağa cəhd edib: “On iki il işləməyən obyekt idi, işlək vəziyyətə gətirdim. Dükan yol kənarındadır və maşınların dayanması üçün yer lazımdır. Mən xərc çəkib dükanın yanında dayanacaq düzəltmişəm. Ancaq hüquq-mühafizə orqanlarına bağlılığı olan icarədar indi həmin yeri başqasına satıb. Bu səbəbdən artıq maşınların dayanıb buradan alver etməsi üçün şərait yoxdur. Ayda yeddi min manat icarə pulu verirəm. İcarədar da bildirir ki, istəyirsən işlə, istəmirsən, çıx. Deyirəm o zaman pulunu, çəkdiyim xərci qaytar, pulu ver çıxım gedim. Bunu da etmirlər”.

Qeyd edək ki, ölkədə sahibkarların sıradan çıxarılmasını ekspertlər gəlirlərin bir əldə birləşdirilməsi cəhdi kimi dəyərləndirirlər. Bildirilir ki, hər bir iqtisadiyyatın gücü və dayanıqlığı ölkədəki kiçik və orta sahibkarlığın inkişafı ilə bağlıdır. Çünki bu inkişaf bir tərəfdən işsizlik problemini həll edirsə, digər tərəfdən də rəqabət mühiti formalaşdırır. Bu iki amil isə birbaşa əhalinin sosial təminatının yaxşılaşması üçün vacibdir. Sahibkarların sıradan çıxması işsizliyi artırmaqla yanaşı, ölkədə inhisarçılığa yol açır, qiymətləri bahalaşdırır, malların və xidmətin keyfiyyəti aşağı salır.

“Güzəran” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimlinin sözlərinə görə, iqtisadiyyatın monopoliyalaşması kiçik və xırda sahibkarları faktiki olaraq sıradan çıxarır: “İri biznes bazarı tam nəzarətə götürülür. Kiçik və orta biznesin mövqeləri sarsılır. Bu, inhisarlaşma prosesi ilə bağlıdır. Yəni inhisarlaşma təbii yolla getmir. Süni şəkildə, məmur müdaxiləsi ilə gedir. İnzibati resursların köməyi ilə kiçik və orta sahibkarları bazardan çıxarırlar, təqib edirlər və onların yeri böyük biznesin, yəni həmin monopolistlərin sərəncamına keçir. Yəni bu, təbii ki, anormal bir haldır. Hakimiyyət bu monopoliyaları dağıtmağa, sahibkarlıq, rəqabət mühitinin yaranmasına çalışmaq əvəzinə, müəyyən inzibati resursların köməyi ilə bazarda qalan və hələ ki öz mövcudluğunu saxlayan orta və kiçik biznes sahiblərini də sıradan çıxarmağa çalışır. Hansı ki, onların çəkisi elə də yüksək deyil, onları da təhlükə gözləyir. Biznesin daha böyük əllərdə cəmlənməsi prosesi gedir”.

Hüquqları pozulan Valeh Mütəllimov isə yaxın günlərdə mətbuat konfransı keçirərək məsələni ictimailəşdirəcəyini bildirir. Həmçinin o, dövlət başçısı İlham Əliyevə müraciət də ünvanlayacaq və probleminin həllinə kömək istəyəcək. Məsələni diqqətdə saxlayacağıq.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024