Sosial / Slayd (16-10-2015, 11:50)
Xaləddin İsgəndərovun başı yenə dərddə
Bakı Beynəlxalq Avtovağzalında baş verən sürüşmə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovu yenidən hədəfə gətirib. Məlum olub ki, ölkə əhəmiyyətli bir obyektin sürüşməsinə səbəb icra başçısının göstərişi ilə ərazidə yaradılan süni yamaclar, təpəciklər və orada əkilmiş yaşıllıqların suvarılması olub.
Hadisənin səbəblərini modern.az-a şərh edən avtovağzal kompleksinin baş mühəndisi İlham İbişov bir çox yollarda salınan yamacların təhlükə mənbəyi olduğunu diqqətə çatdırıb. Avtovağzal kompleksinin yanından keçən Bakı-Sumqayıt yolunun kənarındakı yamacları ərazinin aid olduğu Binəqədi Rayon İcra Hakimiyyəti salıb.
“Bakı-Sumqayıt yolunun sürüşməyə məruz qalmasının əsas səbəbi yol yamacının kənarlarında salınan yaşıllaşdırma, balaca təpəciklərin hər gün suvarılmasıdır. Suyun axma yeri olmadığından yol yamacını yuyur. Bu cür yamacların yol kənarında salınması yola ziyandır. Yamaclara düşən suyun başqa yerə axıdılmasına müəyyən bir konstruktiv qərar verilməlidir. Yəni yola axıdılan su kənarlaşdırılmalıdır. Həmçinin yola düşən yağış suları da kənarlaşdırılmayıb. Neçə həftədir ki, həmin ərazi suvarılmır. Amma yamacların dibi hələ də sudur.
Əlbəttə ki, bu, bir-iki günün işi deyil. Fasiləsiz olaraq suvarılma işlərinin görülməsi yol yatağının çökməsinə gətirib çıxarır. Birinci məsələ odur ki, həmin yamaclar mütləq sökülməlidir. Əvvəllər yola düşən suyu ərazidən uzaqlaşdırmaq üçün su kanovu olurdu. İndi isə yoxdur. Ona görə də bütün axıdılan su gəlib Bakı-Sumqayıt yolunu yuyub aparır. Hər dəfə bir-iki millimetr sürüşmə davam edir. Hələlik müvəqqəti möhkəmləndirmə işi gedir. Texniki qərardan sonra ümumi bərkitmə işi aparılacaq" deyə, mühəndis bildirib.
İlham İbişov bildirib ki, onda olan məlumata görə, bu yamacların salınmasının yola ziyan vurması barədə Fövqəladə Hallar Nazirliyindən Binəqədi Rayon İcra Hakimiyyətinə nə vaxtsa etiraz məktubu da göndərilib: “Ola bilsin ki, dəqiq deyil. Amma eşitmişəm ki, yol kənarında salınan təpəciklər yolun yatağınının yuyulmasına gətirib çıxara bilər”.
İ.İbişov kimin məsuliyyət daşıdığını deyə bilməyəcəyini bildirib: “Tam məsuliyyəti kim daşıyır, deyə bilmərəm. Hələ ki müayinə qrupu işləyir. Ərazi Fövqəladə Hallar və Ekologiya nazirliklərinin nümayəndələrinin nəzarəti altındadır. Hər gün əraziyə baxış keçirilir, ölçülər aparılır. Müəyyən mayaklar qoyulub. Birbaşa informasiya müəyyən yuxarı instansiyalara çatdırılır. Bu ərazi tam nəzarət altındadır. Torpaqdan nümunələr götürülüb. Yəqin ki, sabaha texniki qərar veriləcək”.
Baş mühəndis deyib ki, yolun sürüşməsi təhlükəsi var: “Vaxtında qarşısı alınmasa, bu sürüşmə arzuolunmaz hadisəyə çevrilə bilər. Burda gün ərzində iş gedir”.
Yada salaq ki, mühəndisin qeyd etdiyi yamaclar, yol kənarındakı təpəciklər 2012-ci ildə salınıb. Həmin il aprelin 26-da Binəqədi rayonuna icra başçısı təyin edilən Xaləddin İsgəndərovun ilk işi Azadlıq prospekti boyunca binaların poliuretan örtüklərlə üzlənməsi və paralel olaraq Bakı-Sumqayıt yolunun kənarında təpəciklərin salınması olmuşdu. Bu il mayın 19-da poliuretan üzlüklərlə üzlənmiş binalardan biri yandı. Azadlıq prospektində yerləşən 16 mərtəbəli binanın üzlüyünün bir anın içində yanması 5-i azyaşlı olmaqla, 16 nəfərin ölümünə, 60-a yaxın bina sakininin yaralanmasına səbəb oldu. Olaydan dərhal sonra prezident yanında xüsusi müşavirə keçirildi, yanğında suçu olan hər kəsin həbs olunması tapşırığı verildi. İş üzrə istintaq bu gün də davam edir.
Rəsmi olaraq açıqlanmasa da, iş üzrə dindirilənlərdən birinin də icra başçısı olduğuna şübhə yoxdur. Üstəlik, bir qədər əvvəl məlum olub ki, binanın üzlənməsinə dair sənədləri də istintaqçılar əldə ediblər. Həmin sənədlər Binəqədi İcra Hakimiyyətindən istintaqa təqdim edilmirmiş...
Bu dəhşətli olayla bağlı əllər X.İsgəndərovun yaxasından çəkilməmiş onun tikdirdiyi Binəqədidəki yamac və təpəciklərin böyük fəlakətə səbəb olacağı məlum oldu.(musavat.com)
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024