Sosial / Slayd (16-05-2015, 22:04)
Daha 3 iş adamının həbsi xəbəri yayıldı
Azərbaycanda son günlər kredit oliqarxlarının həbs dalğasına daha 3 nəfər qoşulub.Azərbaycanda son günlər kredit oliqarxlarının həbs dalğasına daha 3 nəfər qoşulub.
Bu dəfə saxlanılanlar da Beynəlxalq Bankdan külli miqdarda kredit götürənlərdir.
Həmin banka 200 milyon dollar borcu olan "Riyad-Farm” əczaçılıq şirkətinin sahibi Həsən Şərifov və şirkətin icraçı direktoru Aqil Quliyev də saxlanılıb.
Həbs olunanların siyahısında "Simurq” futbol klubunun prezidenti Anar Bəkirov da var. Saxlanılan hər üç şəxs Bandotdel”ə aparılıb.
Qeyd edək ki, Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyev həm "İnter" klubunun, həm "Simurq"un prezidentidir. Son günlər hər iki klubun dağılması ilə bağlı mediada xəbərlər yayımlanırdı.
Xatırladaq ki, ötən həftədən Azərbaycanda "Beynəlxalq Bank"a krediti olan bir neçə məşhur iş adamı həbs olunub. Onlardan bəziləri "Bandotdel"də dindiriləndən sonra buraxılsa da, bir neçəsi ilə bağlı həbs qətimkan tədbiri seçilib. Həbs olunanlar arasındaneft oliqarxı Nizami Piriyev,"Globus Plaza”nın sahibi, eks-deputat Dünyamin Xəlilov,"Azimport” şirkətinin sahibi, Bayraq Meydanının eks-rəisi Rəşad Məmmədov,"İnter Glass” şirkətinin prezidenti Fariz Muradov,Beynəlxalq Bankın Dubay filialının rəhbəri Adil Hüseynov və başqaları var.
***
"Simurq” klubu komandanın prezidenti Anar Bəkirovun saxlanılması haqda xəbərə rəsmi münasibət bildirib. Klubun baş meneceri Kamran İsamyılov Futbolxeber.az saytına açıqlamasında Bəkirovun həbs olunduğunu yox, dindirilmə üçün saxlanıldığını bildirib: "12:00-da, 17 dəqiqə əvvəl Anar Bəkirovla danışdım. Hazırda o, "Bandotdel”dədir. Lakin Bəkirov həbs olunmayıb. Oturub, dindiriləcəyi vaxtı gözləyir. Dindirilmədən sonra nə baş verəcəyini isə deyə bilmərik. Bunu zaman göstərəcək. Biz yeni xəbər olduqca klubun rəsmi saytı vasitəsi ilə mətbuatı bu haqda məlumatlandıracağıq”.