Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (14-05-2015, 09:37)
Azərbaycanda oliqarx həbsləri – dəhşətin statistikası

Azərbaycanda oliqarxların həbslərinə başlanıb. 
Tutulma, saxlanılma xəbərləri bir-birini əvəzləməkdədir. Arestantlar hakimiyyətə yaxınlıqları ilə tanınan iri çaplı iş adamlarıdır.
“Hacı İbrahim istintaqa da özü gedib”
Mayın 13-də xəbər yayıldı ki, “Avesta” holdinqinin sahibi Hacı İbrahim Nehrəmli hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Lakin musavat.com-un əməkdaşı “Avesta” şirkəti ilə əlaqə saxlayaraq məlumatı dəqiqləşdirib. Şirkət yetkililərindən biri bildirib ki, Hacı İbrahim Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılıb və hazırda da oradadır: “Hacı İbrahimi Beynəlxalq Bankla bağlı gedən istintaqa görə ifadə almağa dəvət ediblər. Onun istintaqa cəlb edilməsinin ”Xəzər Adaları" layihəsi ilə heç bir əlaqəsi yoxdur. İstintaqa da özü gedib. Hazırda oradadır. Onun həbs ehtimalı yoxdur. Saat 18 radələrində BMCMİ-dən çıxması gözlənilir".
Piriyevin vəkili danışdı - “ittihamlarla razı deyil”
Nizami Piriyev
“Beynəlxalq Bank işi”nə görə 70-ə yaxın iş adamının istintaqa çağırıldığı bildirilir. Onların sırasında “PNN Group” şirkətinin təsisçisi və sahibi Nizami Piriyev də var. Məhkəmə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. Virtualaz.org saytına açıqlamasında oliqarxın vəkili Muxtar Mustafayev deyib ki, Nizami Piriyev hazırda DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində  saxlanılır. Vəkilin sözlərinə görə, N.Piriyevin səhhəti yaxşıdır, o, saxlanma şəraitindən şikayət etmir. Bununla belə, M.Mustafayev bildirib ki, N.Piriyev ona qarşı irəli sürülən ittihamlarla razı deyil. Oliqarx deyib ki, o, bankdan götürdüyü kreditlərin hamısını metanol zavoduna sərmayə kimi yatırıb. N.Piriyev həmin zavodun indiki bazar qiymətinin 800 milyon dollardan artıq olduğunu da sözlərinə əlavə edib.
Muxtar Mustafayevin sözlərinə görə, oliqarxa qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi açılıb. Barəsində məhkəmə qərarı ilə 3 ay 24 gün müddətinə həbs-qətimkan tədbiri seçilib. N.Piriyev bu müddət ərzində BMCMİ-nin təcridxanasında saxlanılacaq.
Həbsindən sonra Nizami Piriyevə məxsus obyektlər bağlanmağa başlayıb.
Aznews.az xəbər verir ki, neft maqnatının bir müddət əvvəl açdığı "Port Baku Mall"da yerləşən dünyaca tanınmış WH Smith book-cafe dünəndən etibarən fəaliyyətini dayandırıb. 
Yayılan məlumatlara görə, “PNN Group” şirkətini Nizami Piriyevlə oğlu Nəsib Piriyev idarə ediblər. 
Ziya Məmmədov
Şirkətin adı da ata və oğlunun soyadlarının və adlarının baş hərflərindən formalaşdırılıb. Hər ikisinin də ad və soyad baş hərfləri birləşdirildikdə “Piriyev Nizami Nəsib” əmələ gəlir - yəni PNN. Bundan əvvəl nəqliyyat naziri Ziya Məmmədovun ailə holdinqinin adı da oxşar üsulla formalaşdırılmışdı.  "ZQAN holdinq"in adı Ziya, Qətibə, Anar, Nigar sözlərinin baş hərflərindən istifadə olunaraq - ZQAN kimi seçilmişdi. Bu məsələ ictimailəşəndən və qəzet səhifələrinə çıxandan sonra nəqliyyat naziri “ZQAN” adından “Garant Holding”in xeyrinə imtina etdi. 
“Baş bayraqdar” Rəşad Məmmədovun ətrafını da tuturlar
Rəşad Məmmədov
“Beynəlxalq Bank işi”nin “udduğu” iş adamları içində “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədov və onun şirkətdəki şəriki Azər Əsgərov da var. “Azİmport”dakı mənbələrdən virtualaz.org saytına verilən xəbərə görə, onların mayın 13-də şirkətin ofisində saxlayıblar. “Azİmport” şirkətinin sahiblərindən biri olan Azər Əsgərovun yaxın qohumları və şirkətin mühasibi Niyaz Orucov saxlanılıb. Hüquq-mühafizə orqanlarındakı mənbələrdən virtualaz.org saytına verilən xəbərə görə, şirkətin bütün əmlakı və mülkiyyəti məhz bu adamların adına sənədləşdirilibmiş.
Növbə deputata da çatdı...
 Əsabil Qasımov
“Yeni Müsavat”a daxil olan xəbərə görə, istintaqa cəlb edilənlər sırasında R.Məmmədovla şərikli biznes münasibətlərində olan deputat Əsabil Qasımov da var. Faktiki deputata məxsus olan, lakin oğlu tərəfindən idarə olunan “Karat Holdinq"lə R.Məmmədovun sahib olduğu “Azimport”un şərikli layihələri var. Bu layihələr çərçivəsində Bakının ən müxtəlif nöqtələrində çoxmərtəbəli binalar inşa olunub. Binaların tikintisində əsasən Beynəlxalq Bankdan ayrılan kreditlər hesabına reallaşıb. Belə bir bina Axundov bağının yaxınlığında inşa olunub. Xəbərlərə görə, artıq həmin binada tikinti işləri dayandırılıb. 
Keçmiş millət vəkilini də “Globus Plaza”dan aparıblar
Dünyamin Xəlilov
“Beynəlxalq Bank işi”nə görə istintaqa cəlb edilənlərdən biri də keçmiş millət vəkili, “Globus Plaza”nın sahibi Dünyamin Xəlilovdur. Qafqazinfo.az-ın məlumatına görə, bir neçə həftədir ki, “Globus Plaza”da ciddi yoxlamalar həyata keçirilir və bunun nəticəsi olaraq mərkəzin sahibi həbs edilib. İlkin informasiyalara görə, D.Xəlilov Beynəlxalq Bankdakı yeyintilərdə iştirakçılardan biridir. O, “Globus Plaza”nın mühafizəçiləri, xadimələri də daxil olmaqla, bir qrup işçinin adına bankdan 3 milyondan artıq vəsait götürməkdə ittiham olunur. İşçilər arasında aparılan yoxlamalardan sonra məlum olub ki, onların özlərinin belə bu kreditlərdən xəbərləri yoxdur. Maraqlıdır ki, Beynəlxalq Bankın bir filialı da “Globus Plaza”nın 3-cü mərtəbəsində yerləşib. D.Xəlilovun həbsindən sonra bankın fəaliyyəti dayandırılaraq oradan köçürülüb. 
D.Xəlilov APA-ya açıqlamasında bu günlər ərzində saxlanılması, istintaq altında olub-olmaması məsələsinə toxunmadan hazırda xəstə olduğunu və müalicə aldığını bildirib. 
Bir-birinin ardınca reallaşan həbslərin fonunda hakimiyyətə yaxın iş adamlarının kütləvi şəkildə müxalifətə dəstək verə biləcəkləri də müzakirə olunur.
Bəs ekspertlər nə düşünür? Tutulan oliqarxlar müxalifətə stavka edə bilərmi? İqtisadçı ekspert Qadir İbrahimli deyir ki, tutulan iş adamları azad sahibkarlıqla məşğul olmayıblar, daha çox dövlət sifarişlərinin icrasını həyata keçiriblər: “Onlar hakimiyyətin qeyri-rəsmi biznes strukturlarını təmsil edirlər. Bu günlər ərzində saxlanılanlar Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyevin setində olan iş adamlarıdır. Onlar Beynəlxalq Bankdan 100 milyonlarla güzəştli kredit alıb və hətta mənimsəyiblər. Nəticədə Azərbaycanda bank aktivlərinin 70 faizinə malik olan Beynəlxalq Bankın maliyyə durumu kəskin pisləşib. İş adamlarının saxlanılmasının motivi göstərilməsə də, belə məlumatlar var ki, onlar dövlət sifarişlərinə ayrılan kreditləri mənimsəyiblər”. 
İqtisadçı ekspert deyir ki, bu gün Azərbaycan bankları 200-300 manat borcu olan müştərilərini məhkəməyə verir. Belə bir vəziyyətdə banka bir neçə milyon dollar borcu olan iş adamının həbsi normal qarşılanmalıdır: “Buna qədər bank sistemində maliyyə intizamsızlığı hökm sürürdü. İndi isə hökumət neft gəlirlərinin azalması fonunda bank sektorundakı vəziyyətin hansı fəsadlar yaradacağını hesablayır və müəyyən qabaqlayıcı tədbirlərə baş vurur. 
Saxlanılan iş adamları müxalifətə stavka edə bilməzlər. Saxlanılanlar, qeyd etdiyim kimi, azad sahibkar deyillər, hakimiyyətə bağlı iş adamlarıdır. İndi həmin adamlar nəinki müxalifətə stavka etmək, maddi dəstək vermək haqda düşünürlər, daha çox özlərini həbsdən qurtarmaq üçün yollar axtarırlar. Müstəqil şəkildə fəaliyyət göstərən iş adamları demək olar ki, yox səviyyəsindədir. Hər bir iş adamı bu və ya digər şəkildə hakimiyyətdən asılı durumdadır. Hakimiyyətlə ilişkisi olmayan və belə ilişkilərə getmək istəməyən sahibkarların bir çoxu məcburiyyət qarşısında ölkədən gedib. Zülfüqarlı qardaşları bu zümrəyə aid olan ən parlaq nümunədir.
Ölkədə qalan xırda sahibkarlıqla məşğul olanların isə qazandıqları özlərinin güzəranının təmininə zorla yetir. Azərbaycanda böyük biznes adamları isə hakimiyyətlə əlaqələri olanlardır. Bu gün elə bir vəziyyət yaranıb ki,  ölkənin gəlirləri kəskin azalır və hökumət mövcud vəsaitlər üzərində nəzarəti gücləndirir ki, bank sistemi çökməsin. İndiki situasiyada saxlanılan sahibkarlar müxalifətə nəinki yaxın gəlməyəcək, hətta adlarının yanaşı çəkilməsinə də razı olmayacaqlar.
Onlar həbsdən yaxa qurtara bilməyəcəkləri təqdirdə məsələni siyasiləşdirməyə baş vura və müxalifətə üz tuta bilərlər. Bu isə o qədər də inandırıcı deyil". (musavat.com)

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024