Sosial / Slayd (15-05-2015, 11:39)
Milli vəkilinin evindən silah-sursat aşkarlandı
Milli Məclisin deputatı Qalib Salahzadənin evindən silah-sursat aşkar edilib.
“Qafqazinfo” xəbər verir ki, onun Bilgəhdə yerləşən evində bir neçə gün əvvəl hüquq-mühafizə orqanlarına daxil olan məlumat əsasında axtarış aparılıb. Axtarış nəticəsində deputatın evindən külli miqdarda silah-sursat tapılıb. Faktla bağlı dindiriliən Hacı Qalib Salahzadə ifadəsində bildirib ki, bu sulah-sursatdan xəbəri yoxdur, orada yaşamır və həmin evdə xidmətçilər və mühafizəçiləri qalır.
Deputatın evində belə bir əməliyyat keçirilməsini “Qafqazinfo”ya hüquq-mühafizə orqanlarından da təsdiqləyiblər. Məlumata görə əməliyyatı polis keçirib. Artıq məsələ DİN rəhbərliyinin nəzarəti altındadır və hazırda ciddi araşdımalar aparılır.
“Qafqazinfo” millət vəkilinin də mövqeyini öyrənməyə çalışıb. O belə bir faktın baş vermədiyini, məlumatın ona qarşı təxribat olduğunu bildirib.
Qeyd edək ki, Sabunçu rayonundan millət vəkili olan Qalib Salahzadə həm də Şeyxülislam Allahşükür Paşazadənin qudasıdır.