Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (14-08-2014, 20:16)
Elşad Abdullayevlə Səməd Seyidovun birləşdiyi nöqtə – şərikli biznesləri var imiş…

 

Bir müddət bundan əvvəl qəzetimizdə dərc olunmuş “Səməd Seyidovun Elşad Abdullayevlə gizli əlaqələri” sərlövhəli məqalədə, eləcə də digər bir neçə yazıda ADU rektorunun fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru ilə əlaqələrinə dair bir sıra faktlar açıqlanmışdı. Redaksiyamıza yeni təqdim olunan məlumatlarda bu əlaqələrin başqa təzahürləri də təqdim olunur. Artıq qeyd olunduğu kimi Səməd Seyidovun E.Abdullayevlə işgüzar münasibətlərindən başqa, həm də yaxın dostluq əlaqələri olub. Ötən yazıda bu münasibətləri təsdiq edən danılmaz faktlar kimi E.Abdullayevin çap etdirdiyi bir çox kitabların səhifələrində onun S.Seyidovla qoşa şəkillərinin əks olunduğu göstərilmişdi. ABU-nun fəaliyyət göstərdiyi dövrdə S.Seyidovun mütəmadi olaraq universitetə gəlməsi də şahidlər tərəfindən təsdiq edilir. Bildirilir ki, bu görüşlərdə dostlar ABU-dan Dillər Universitetinə tələbə transferi kimi məsələləri də müzakirə və həll edirmişlər. İndi isə mənbələr həyata keçirilən transfer maxinasiyalarının daha bir aktiv iştirakçısı kimi, Səməd Seyidovun əmisi oğlu Saleh Seyidovun adını çəkirlər. Maraqlıdır ki, aldığımız məlumatlarda Saleh Seyidovun Elşad Abdullayevin bacısının kürəkəni olaraq xüsusi imtiyazlardan yararlandığına dair fikirlər də söylənilir. Təfərrüatlara dair belə bir məqam xüsusi maraq yaradır ki, transfer məsələlərinin bilavasitə icrasında Saleh Seyidovun yaxın köməkçisi kimi adı çəkilən Məhəmməd müəllimin məşhur müğənni Aysel Teymurzadənin atası olduğu bildirilir.Bu arada bir daha diqqəti təxminən bir il bundan əvvəl Respublika Prokurorluğunun mətbuat xidmətinin yaydığı məlumata yönəltmək olar. Həmin məlumata görə, Hesablama Palatasının apardığı yoxlamadan sonra Azərbaycan Dillər Universitetində baş verənlərlə bağlı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanmışdı. Bu xüsusda Baş Prokurorluğun mətbuat xidməti bildirmişdi ki, təftiş dövründə universitetin maddi məsul şəxsləri tərəfindən müəllimlərə qanunsuz olaraq artıq saxlanılmış qruplar üzrə tədris olunmuş dərs saatlarına və vəzifə maaşlarına əlavələr düzgün hesablanmayıb, habelə universitetin bir sıra əməkdaşlarına normadan artıq iş tarifləşdirilərək artıq əmək haqqı ödənilib. Təhsil müəssisəsinin əməkdaşları olmayan şəxslərin adına açılmış əmək haqqı kartlarına qanunsuz olaraq pul vəsaiti köçürülməklə külli miqdarda dövlət vəsaiti mənimsəmə və israf etmə yolu ilə talanıb. Maraqlıdır, görəsən mənimsənilmiş vəsaitlər hansı miqyasda dəbdəbələrə imkan yaradır..?Mənbələrin iddialarına görə Fransanın məşhur Kann şəhərində, sahil limanında lövbər salmış yaxtaların sırasında Saleh Seyidova məxsus olanları da var. Həm də bir neçəsi. Məlumatlara görə sahibi tərəfindən icarəyə verilən bu yaxtaların hər birinin qiyməti bir neçə milyon dollardır… Ötən materiallarda xüsusilə diqqəti cəlb edən bir məqam da bundan ibarət idi ki, mənbənin iddialarına görə Səməd Seyidov məhz Azərbaycanın AŞPA-dakı təmsilçiliyi ilə bağlı imkanlarından yararlanaraq Elşad Abdullayevin ölkədən çıxarılmasına və Strasburqda yerləşməsinə yardımçı olmuşdu. Yeni daxil olan məlumatlarda da maraq doğuran məqamların coğrafi məkan baxımından Fransa ilə bağlılığı maraq doğurur. Belə ehtimallar irəli sürülür ki, Saleh Seyidov üçün yaxtaların satın alınması və icarə müqavilələrinin bağlanması kimi prosedurlar məhz Elşad Abdullayevin vasitəçiliyi ilə həyata keçirilmişdir. Bəzi mənbələr isə Seyidovların yaxta biznesinə indi də E.Abdullayev tərəfindən nəzarət olunduğunu deyirlər. 

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024