Sosial (12-05-2015, 09:24)
Biləsuvar rayonunda şəhid ailələrinə , Qarabağ əlillərinə və veteranlarına olan diqqət və qayğı yüksək səviyyədədir
Həm bugünkü, həm də gələcək nəsil biləsuvarlılar,şuşalılar,laçınlılar, kəlbəcərlilər, bütün xalqımız Mahir Quliyev və onun kimi xalqa, Vətənə sədaqətlə xidmət edən nümunəvi dövlət qulluqçularının həqiqi dəyərini, layiq olduğu qiyməti verəcəkdir
9 may 2015-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyev adına parkda Ulu Öndərin 92 illik yubileyi və möhtəşəm "Gül Bayramı" qeyd olundu. Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə, təşkilatlarının işçiləri, veteranlar, gənclər, rayon ictimaiyyəti və KİV nümayəndələri iştirak etdilər.
Əvvəlcə Ulu öndərin abidəsi ziyarət olundu, önünə tər çiçəklər qoyuldu. Sonra rayonun ümumtəhsil məktəbləri şagirdlərinin və gənc rəssamlarının müxtəlif növ güllərdən hazırladıqları sərgi nümayiş olundu. Tədbiri giriş sözü ilə açan Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı cənab Mahir Quliyev Ulu Öndərin zəngin həyat və fəaliyyətindən danışdı. Tədbir Heydər Əliyev adına parkda respublikanın tanınmış incəsənət xadimlərinin və rayon mədəniyyət işçilərinin iştirak etdikləri geniş konsert proqramı ilə davam etdi.
Biləsuvarlıların öz zəhmətləri ilə öyünməyə, qazandıqları nailiyyətlərin bəhrəsini görməyə, “Gül Bayramı”nı və bütün digər bayramları da yüksək əhval - ruhiyyədə qeyd etməyə halal haqları vardır. Bu ilin birinci rübündə əmək cəbhəsində əldə etdikləri uğurlar onlara bu haqqı verir.
2015-ci ilin birinci rübündə əldə ounmuş iqtisadi göstəricilər yüksək inkişafdan, uğurlardan xəbər verir. Rayonda ümumi məhsul buraxılışının həcmi 36.7 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.1 faiz çoxdur. Birinci rübdə ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatının payı 8.6 milyon, ticarətdə 17.3 milyon, tikinti sahəsində 6 milyon, sənayedə 4 milyon, nəqliyyatda 0.7 milyon manat təşkil etmişdir. Bu dövrdə əsas kapitala yönələn investisiyalar 6.2 milyon manat, pərakəndə əmtəə dövriyyəsi isə 45.4 milyon manat təşkil etmişdir.Rüb ərzində rayonun yerli gəlirlər 3.6 milyon manata qarşı 3.8 milyon manat və ya 105 faiz yerinə yetirilmişdir.
Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 376 manat, orta aylıq əmək haqqı isə 278 manat olmuşdur. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən birinci rübdə rayonda fəaliyyət göstərən 34 sahibkara 368 min manat kredit verilmişdir. Görülmüş işlər nəticəsində 331 yeni iş yeri açılmışdır. Əhalinin sosial rifah halının yaxşılaşması və pul gəlirlərinin artmasının nəticəsində birinci rübdə rayonda 32 fərdi ev tikilmişdir. Birinci rüb ərzində ailə üzvlərinin sayı 6280 nəfər olmaqla 1245 ailə ünvanlı dövlət sosial yardımı almışdır.
2015-ci ilin birinci rübündə rayonda tikinti, abadlıq və quruculuq sahəsində xeyli işlər görülmüş, təmir-tikinti və abadlıq işləri aparılmışdır. Ötən il rayonda ümumi şagird tutumu 1310 nəfər olan 3 məktəb üçün yeni binalar inşa olunmuş, 1176 şagird yerlik 1 məktəb isə əsaslı təmir olunmuşdur.
“Biləsuvar rayonunda şəhid ailələrinə , Qarabağ əlillərinə, ümumilikdə müharibə təbəqəsinə olan diqqət və qayğı yüksək səviyyədədir. Bu da təsadüfü deyil. Biz müharibə təbəqəsinin üzvləri Mahir Quliyevi özümüzə dost hesab edirik. Belə ki, Mahir Quliyev rayonumuza başçı təyin olunduğdan sonra bütün Qarabağ əlilləri və şəhid ailələri ilə şəxsən maraqlanır, ailələrində , məclislərində iştirak edir, diqqət və qayğı göstərir. Elə son şəhidmizin dəfin mərasimində və məclisində qeyd etdiyi vətənpərvər çıxışı hər birimizə diqqət və qayğnın bariz nümunəsidir”. Bu sözlər Qarabağ müharibəsi əlillərinin, şəhid ailəsi və veteranları İctimai Birliyinin Vətən Naminə.az internet saytından, Azərbaycanın Milli Qəhramanı Mübariz İbrahimov yurdunda şəhidimiz gizir Şahmurad Bilal oğlu Əlizadənin dəfni və məclisi barədə yazılmış məqalədən götürülmüşdür.
Həqiqətən də Biləsuvar RİH-nin başçısı cənab M. Quliyevin əhalinin həssas kateqoriyadan olan təbəqəsinə istiqanlı münasibəti bütün respublika ictimaiyyəti tərəfindən təqdir olunur.Onu dərindən tanıyanlar Mahir müəllimin həddən artıq vətənə,dövlətə,torpağa bağlı olduğunu deyirlər. Bu da səbəbsiz deyildir. Çünki Mahir müəllim əslən Kəlbəcər rayonundandır. Onun da doğma yurdu düşmən işğalı altındadır. Qohum-əqrəbaları arasından xeyli sayda şəhid və itikin düşən, həlak və qazi olan, didərginlik aqibəti yaşayan insanlar var. Bu qədər itkiyə məruz qalmış, ağrı-acı keçirmiş, dərdə sinə gərmiş adamın müqəddəs savaşa başlamaq üçün Ali Baş Komandanın əmri olunca həmdərdlilərinə diqqət və qayğı göstərməkdən başqa hansı təsəllisi ola bilər ki? Mahir Quliyev də daşıdığı vəzifəni insanlara yaxşılıq etmək üçün ona verilmiş fürsət kimi dəyərləndirir, “Mən xalqımın bir nömrəli xidmətçisiyəm”-deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərman və sərəncamlarını, tövsiyə və tapşırıqlarını əldə rəhbər tutur, dövlətimizin qayğılı münasibətini Biləsuvar vətəndaşlarına ötürmək vəzifəsinin öhdəsindən layiqincə gəlir.
Amma çox təəssüflər olsun ki, ölkəmizdəki və respublikanın modern inkişaf etməkdə olan əyaləti Biləsuvarda gedən tərəqqi proseslərini gözü götürməyən destruktiv qüvvələr və onlara xidmət edən bəzi “ağzıgöyçək”KİV bu tərəqqiyönlü proseslərə əyri prizmadan baxır, M. Quliyevin xidmətlərinə kölgə salmağa, nəticə etibarilə Avropa Oyunlarına ev sahibliyi edən, parlament seçkiləri keçirməyə hazırlaşan Azərbaycanın daxilində qarmaqarışıqlıq yaratmağa, ölkəmizin beynəlxalq imicinə xələl gətirməyə çalışırlar. Ancaq hamıya məlumdur ki, belə cəhdlər uğursuzluğa məhkumdur. Çünki müdrik Azərbaycan xalqının gözü tərəzidir, ağı qaradan, yaxşını pisdən seçməyi bacarır. Həm bugünkü, həm də gələcək nəsil biləsuvarlılar, kəlbəcərlilər,eləcə də digər köçkün rayonun vətəndaşları, bütün xalqımız Mahir Quliyev və onun kimi xalqa, Vətənə sədaqətlə xidmət edən nümunəvi dövlət qulluqçularının həqiqi dəyərini, layiq olduğu qiyməti verəcəkdir. Qoy bu yazı da həmin qiymətə daha bir müsbət əlavə olsun.
