Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (10-05-2015, 15:26)
Orta məktəb şagirdlərinə daha bir təlim - Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi

Orta məktəb şagirdlərinə daha bir təlim - Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi

Bu gün Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi Bakı şəhəri Sabunçu rayon F.Bayramov adına 22 saylı tam orta məktəbdə " İbtidai sinif şagirdlərinin dünyagörüşlərinin formalaşmasında sinifdənxaric işlərin rolunun təbliği” mözusunda növbəti 6 cı təlimini keçirdi . Təlim başlamazdan əvvəl şagirdlər ictimai birliyin bu günə kimi gördüyü işlərlə bağlı hazırlanmış video çarxı izlədilər. Cavid müəllim iştirakçıları salamladıqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Cavid müəllim təlimə başlamazdan öncə şagirdlərə və valideynlərə bu günkü təlimin mahiyyəti haqqında qısa məlumat verdi. İslam dinin gözəl keyfiyyətləri haqqında məlumat verəndən sonra söz ictimai birliyin sədri Əli Cəfərova verildi. Əli müəllim bildirdi ki, islam dininə, bizim dini liderlərimizə və eləcə də onların həyat və fəaliyətlərinə müraciət etməkdə bizim əsas məqsədimiz yetişməkdə olan gənc nəslin dünyagörüşlərini formalaşdırmaq, onların mənəvi aləmini zənginləşdirməkdir. Daha sonra O, bildirdi ki, uşaqların asudə vaxtları düzgün təşkil olunması günümüzün əsas sərtlərindən biridir. Biz çalışmalıyıq ki, onlar həm təlimdə , həmdə tərbiyədə cəmiyətimiz üçün yararlı şəxslərə çevrilsinlər.Təlim zamanı xüsusi olaraq vurğulandı ki, gənc nəsil düzgün tərbiyə almadıqda cəmiyyətimizin sağalmaz yarasına çevrilirlər. QHT-nin sədri xüsusi olaraq bildirdi ki, Layihəni Azərbaycan Respublikası Prezdenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyələşdirir. Əli Cəfərov bildirdi ki, biz bugünkü təlimimizə dini mütəxəsis, ilahiyatçı Kərbalayi Tofiqi dəvət etmişik . İndisə sözü Tofiq müəllimə verirəm. Tofiq müəllim bildirdi ki, şagirdlərin asudə vaxtlarının səmərəli təşkilində sinifdənxaric işlərin rolu əvəzedilməzdir. Sinifdənxaric işlər düzgün təşkil edildikdə şagirdlərdə əxlaqi dəyərlər formalaşır və onların dünyagörüşləri artır. O həmçinin islam dinin cəmiyyətdəki rolunun danılmaz olduğunu, dində əxlaqın, mədəniyyətin, böyük-kiçik münsibətlərinin düzgün qurulduğunu vurğuladı. Dində müəllimə, elmə yüksək qiymət verildiyini vurğulayan ilahiyatçı Hz Əli(ə) dən kəlam gətirərək müəllimin Islam dinində çox böyük rolu olduğunu və müəllimlərə yüksək qiymət verdiyini söylədi. Sonra O, həm Qurandan həm də Məhəmməd peyğənbərin həyat və fəaliyyətindən misallar gətirərək uşaqları təvazökarlıq haqqında bilgiləndirdi , eyni zamanda Məhəmməd peyğənbərin fəaliyyətindən nümünələr gətirərək uşaqları doğru və dürüst bir insan olmalarını və valideynlərini sevmələrini, onlara hörmət etmələrinin vacib olduğunu açıqladı. Dini mütəxəsis Məhəmməd peyğənbərimizin asağıdakı tövsiyələrini usaqlara çatdırdı: 1. Doğru danışın. 2.Söz vermisinizsə sözünüzü tutun. 3.Əmanətə xəyanət etməyin. 4.Gözlərinizi haramdan çəkin. 5.Əllərinizi harama uzatmayın kimi fikirləri izzah etdi . Sonra təlimin rəhbəri dini mütəxəsisə öz təşəkkürünü bildirdi. Ötən təlimlərdə keçirilənlərin şagirdlər tərəfindən necə mənimsənilməsini bilmək üçün uşaqlardan sual cavab edildi. Şagirdlərdən Leyla, Kənan, Emin, Elşad, Fidan, Aysel, Müslüm, Cavad, Cavid və s şagirdlər fəal iştirak etdilər. Təlimin sonunda F. Bayramova adına 22 saylı tam orta məktəbdə uzun müddət müəllimə işləyən Tünzalə xanım məktəblərdə bu formada keçirilən təlimlərin şagirdlərimizə müsbət təsir etməsindən danışaraq təlimi təşkil edən şəxslərə öz təşəkürünü bildirdi.

 

шаблоны для dle 11.2

Xəbər lenti
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025