Sosial (6-05-2015, 22:22)
“İŞİD kimi terror təşkilatlarının hədəfi dinimizi eybəcər və vəhşi kimi təqdim etməkdir”
İslam Demokrat Partiyasının sədri, Hacı Tahir Abbaslı olaylar. az saytına müsahibə vermişd Mediatv.az həmin müsahibəni öz oxucularına təqdim edir.
- Dini sektalara qoşulanlar adətən ya mənəvi boşluqdan, ya da maddi problemlərini və durumlarını yaxşılaşdırmaq istəyindən olur. Adətən belə gənclər öz istəklərindən deyil, valideynlərin təkidi ilə qoşulurlar. Demokratik ölkə olaraq belə məsələlərdə heç kimi məcbur edə bilmərik. Amma düşündürmək və qarşısını almaq üçün daha dəyərli dinimizi təqdim edib, nümunələrimizi təqdim edə bilərik. Ona görə uşaqlıq illərindən Allahın varlığı, dini, Quranı, Peyğəmbərləri imamları və qeybi aləm (ölüm, ölümdən sonrakı bərzəx və qiyamət) haqqında məlumatlandırıb fikirlərini böyüdüb, irəli aparmaqla olar. Bir şeyi də qeyd edim ki, bu sektalar doğma görünmək üçün maliyyə köməkliyi etməklə uşaqların nəzərində qayğıkeş və xilaskar kimi tanıyırlar. Bu isə gələcəkdə vətən və millət üçün yararsız, kimlər üçün isə robota çevrilmək təhlükəsini yarada bilir. Ona görə bir az ehtiyatla və müdrikcəsinə yanaşmaqla nəticə əldə etmək olar. “Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. Hər kəs Taqutu (Şeytanı və ya bütləri) inkar edib ALLAHa iman gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur”. Bəqərə surəsi: 255 Lakin dinimizi də məcbur təbliğ etməyə ixtiyarımız olmadığından yeganə vasitə kimi Vətənpərvərlik təfəkkürü ictimaiyyətə müasir tələblərə cavab verən tərzdə çatdırılması üçün dövlət səviyyəsində addımlar atılmalıdır. Bununla gənclərimizi yanlış təfəfəkkürdən və həm də valideynlərin monopolyasından xilas etmiş oluruq. Gəncləri valideynlərindən başqa ayrı- ayrı dini cərəyanlar tərəfindən və ya fərdlər tərəfindən təsir altına salınır.
-Azərbaycan gəncinin radikal təriqətlərə qoşulmasının, din uğrunda Suriyaya döyüşməyə getməsinin səbəbi nədir?
- Allah dini problemlərin həli üçün göndərib, problem yaratmağa yox. İnsanları xəlq edən Allah, həm də onların Rəbbidir. İnsanların maddi-mənəvi ehtiyaclarını yaxşı bilir və zaman-zaman peyğəmbərlərin göndərib ki, insanları qaranlıqlardan nura aparsın. Zülmətlərdən, qaranlıqlardan, zəlalətdən və zülmlərdən çıxarsın. “ALLAH (hər şeyi olduğu kimi) eşidəndir, biləndir! ALLAH (Ona) iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə Taqutdur (şeytanlardır). Onları (kafirləri) nurdan ayırıb zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!”. Bəqərə surəsi: 256. Bu ayədən bəlli olur ki, Allah zülmət və zülm yaratmayıb. Necə ki, Günəşdən aralanan Yer kürəsi qaranlığa düçür olduğu kimi, Peyğəmbər (s) və Əhli beyt (ə)dan aralı düşən müsəlman ümməti də, qaranlıqlara və zülmlərə düçar olurlar. İlk əvvəl özlərini sonra isə cəmiyyətlərini və dövlətlərin fəlakətlərə salarlar. Hz. Peygəmbər (s): "İslam odur ki, qəlbini Allaha təslim edəsən, müsəlmanlar əlindən və dilindən amanda qalsın. Bir müsəlmana xəyanət edən, yaxud ona ziyan vuran və ya hiylə gələn şəxs bizdən deyil. Kim müsəlman qardaşının pisliyini istəyərək yatsa, tövbə edincəyə qədər onun yuxusu da, oyaqlığı da Allahın qəzəbinə tuş gələr". Dinimiz müsəlmanlar və qeyri-müsəlmanlarla həlim və ədalətlə rəftar edilməsini əmr edir və radikal düşüncələrin belə dinimizə zidd və günahdır təlqin edir. Cihad ancaq Həzrəti Peyğəmbər (s)a izin verilmişdi. İŞİD kimi terror təşkilatların İslam adından bəşəriyyəti qorxu içində saxlaması isə məqsədyönlü idarə olunurlar və hədəfləri dinimizi eybəcər və vəhşi kimi təqdim etməkdir. Bazaları isə Qərb ölkələrində bərli-bəzəkli Məscidlərdə bəslənilən yalnış təfəkkürdə olan müsəlman görüntüsünü yaradanların hədəfidir. Amma biz millət olaraq belə oyunları iştirakçısı olmamışıq və olmarıq da. Ona görə ki, millətimizin gözəl və təmiz qəlbləri ilə bərabər gözəl xüsusiyyətləri də çoxdur. Ədalət, səxavət, mərdlik, həlimlik daha çox büruzə verir. Bunlar da Allaha imandan gələn bir şeylərdi. Bir çox millətlər Allaha dində iman gətirdiyi halda, qəlbləri iman gətirməyiblər. Hətta Hz. Peyğəmbərimizi (s)ın dövründə o həzrəti görə- görə qəlbləri iman gətirməmişdi. Biz də isə ən ağır Sovetlər dövründə dinllərini inkar etsələr də, qəlbləri Allaha imanla bağlı idilər. Fəxarət və qürur duyuruq ki, məhz bu xüsusiyyətlərinə görə Allah İslamın ən ağır dövrlərində Türk millətinə bu yükü etibar edib, onlar da İslamı yaşatmaqda böyük xidmətlər göstərmişlər. Gələcəkdə də Allahın izni ilə İslamın işlərinə yarayacaqlar. Amma çox vaxt da belə xüsusiyyətlər nadanlıq, cəhalət və laqeydlik, biganəlik ucbatından insanlarımızı istər dindar olsun, istər millətçi, istər demokrat olsun, istəsə də müasir çağdaşçı olsun və s. böyük siyasi oyunların qurbanına çevirilirlər. Xüsusən bu arda təmiz qəlbli insanlarımızın din adından söylənilən yanlış fikirlərə tez reaksiya vermələri, sonda özlərinə və hazır olmayan cəmiyyətdə çaşqınlıq yarada bilir ki, vətən, millət və dövlət üçün təhlükəli olur. Əlbəttə bunu hamıya şamil etmək ədalətsilik olardı. Ancaq az da olsa vətən övladlarının Vətənimizdən çox uzaqlarda üzləşdikləri faciələri və ölüm xəbərlərini bütövlükdə hamımız yaşamalı oluruq. Ən əsası isə odur ki, belə təhlükəli döyüş meydanlarından birinə çevrilmək ehtimalı nəzərimizə gəlir. Xüsusən demokrtaik seçkilər keçirilməyən ölkələrdə dünyanı idarə edən güc dövlətlər tərəfindən maliyyələşən din adından danışan yanlış təfəkkürdə olan insanların, yol göstərənlərin nadanlığı və cəhaləti ilə yanaşı, yanlış fikir və ideologiyaları elə ustalıqla təbliğ olunur ki, gənclərimizi tez təsir altına düşə bilirlər. Belə halda tək valideynlər deyil, həm cəmiyyət və dövlət də bütövlükdə məsuliyyət daşıyır və mənəvi əziyyət çəkirlər. Qeyd etmək istəyirəm ki, cəmiyyət bütövlikdə bir insan kimidir. Cəmiyyətin üzvü olan hər bir vətəndaş bu insanın bir orqanının funksiyasını, yəni işini görür. Beləki, hər bir insanın fitrətində insanın orqanlarının funksiyasını (görən göz, eşidən qulaq, danışan dil, döyünən ürək, vuran əl, hərəkət edən ayaq, yük daşımağa kürək və s.) yerinə yetirə biləcək xüsusiyyətlər var. Baxın, insanın barmağına tikan batan da bütün orqanlar necə təlatümlə reaksiya verir. (Göz ağlayar, dil fəryad edər. Ürək sıxılar, qulaq bu naləni qəlbə ötürür, ayaq isə müalicə üçün yardımçı məntəqəyə çatdırar və s.) Cəmiyyət də eyni işləri görər. Bu fikirləri ona görə sadaladım ki, sualınızda haqlısınız. Və səbəbləri də ilkin olaraq bu hallarda axtarmaq lazım gəlir. Onu da qeyd edim ki, gəncliyin təfəkkürlərində yanlış qürur var və daima ədalət axtarışıında olduğundan hər bir şeyə həssaslıqla yanaşır və tez reaksiya verirlər. Belə hallarda onlar daha dözülməz addımlar atırlar ki, narazılıqlarını bildirsinlər. Tez nəticə əldə edib, hər kəsə yerində oturtma istəyi ucbatından yanlış qərarlar qəbul edib və yanlış addımlar atırlar. Belə özbaşına addımların səs-sorağı da öz növbəsində vətəndən uzaqlarda vətandaş müharibəsi olan Suriya kimi dövlətlərdən acı xəbərlər gəlməsi gözləniləsidir. Əlbəttə dinimiz də belə məsəllərdə insanların həddlərinin aşmaması üçün gənclərə vaxtında tövsiyyələr verir və çox vaxt da həddlərini aşanları qorxudur.
Əlbəttə belə faciələrin qarşısını almaq üçün reallaşa biləcək və asan yol varımızdır. İlk öncə dinimiz haqqında həqiqətləri axtarıb tapmalıyıq, yəni kəşf etməliyik. Öz fikirlərini din adından sırıyanların aqibəti acı olar. Gənclərdə vətənpərvərlik duyğularını vəzifə borcu kimi aşılamaq və həyat proqramlarına salmaq və yeniləşmək günün mühüm vəzifələridir. Beləki indiki televizyalar, şou-biznes, internet və sosial şəbəkələr gəncləri tez və təcübəsiz yetiçdirdiyindən 21 yaşından sonra gənclər onsuz da valideynlərin monopolyasından çıxıb, müstəqil addımlar atmaq məcburiyyətində qalanda onalara sahib duraraq, fikirlərinə yardımçı olmaq lazım gəlir. Bu dövlət səviyyəsində ayrı-seçkilik salmadan ediləsi bir addımdır. Xatırlatmaq istəyirəm ki, gənclərlə aparılan təbliğat-təşviqat yox dərəcəsindədir. Əslində gəncliyin bir problem də ondadır ki, gələcəkləri üçün çalışırlar. Və keçmişlərilə maraqlanmaq belə istəmirlər. Bizlərin vəzifəsi ondan ibarətdir ki, onların yanlış fikirlərinə elmi, məntiqi və mənəvi əsaslarla dur deyə bilək.
Vətənpərvərlik – insanın təfəkküründə orta qurumdu, keçmişlə gələcəyin arasında körpü və rabitə yaradan təfəkkürdü. İnsan təfəkküründə və fəaliyyətində ən əzəmətli (səbrlə ciddi qərarlar qəbul və təlim- məşq edən) dövürdür. Adətən insan valideynlərinə sevgisi keçmişdə olan xidmətlərinə görədi. Və qocalanda böyük eşqlə onların xidmətində olurlar. Bu insanın fitrətində Allah tərəfindən qoyulan proqramdır. Vətənpərvərlikdə gəncliyin təfəkküründə ictimai təfəkkür, ictimai ailəyə yəni, “Mən”in “Biz”ə keçid dövrünün dayanacaq məntəqəsidir. Belə ki, insan müdikləşib, yeni məqamlara addımlar atmaq üçün dayanacağı və nəfəs alacağı hesab olunur. Bir sözlə qabaqda gedənlərin dayanaraq gözləyən, geridə qalanların isə çatdığı məntəqədir. Vətənpərvərlik məntəqəsi olmayanda isə əksər gənclik çaşqınlıq içində ancaq gələcək üstündə köklənib, ziyanlı qərar verirlər. Yəni gələcəklərini təmin etmək üçün meyarları və xüsusiyyətləri özlərinə əxz edirlər. Halbuki, hər birimiz keçmişimizə sahib durmaqla minnətdarlıq edib, şükr etməliyik. Varisi olduğumuz vətən, milət və dövlət milyonlarla insanların qanı və düşüncəsi hesabına indiyə qalıb. Və Allaha çox şükürlar olsun ki, arzu və istəklərimizi həyata keçirmək üçün bizlər müasir dövrdə vətənsizlər və dövlətsizlərdən deyilik. Demək keçmiş nəsillərimizə borclu olduğumuza rəğmən bu rabitəni qorumaq və itirməmək üçün var qüvvəmizlə müqəddəs bildiyimiz milli ideologiyamıza sahib durmalıyıq və onu vətənpərvərlik rəmzi kimi dəyərləndirməliyik. Vətənimizin müqəddəsliyi isə elə belə xoş sözlər xatirinə deyil, bu torpağı Allah bizlər üçün əmanət verdiyini, bu əmanət üçün milyonlarla soydaşlarımızın qanın tökülməsi, şəhidlər verilməsi və canın sağlamlığının itirilməsi bahasına qaldığındandır və Allahın İslam dininə, Quranına, Peyğəmbər (s)ə və Əhli beyt (ə)a iman gətirib, bu yolda sabit qədəm olduğuna görədir. Ona görə vətənimizə və onun minni-mənəvi dəyərlərinə dəyər verib, qədrini bilməliyik və ona sahib durmalıyıq…
Gənclərin yanlışlıqlardan xilas olmaları üçün ədalətli cəmiyyət qurmaq biz qocaların vacib vəzifəsidir ki, bundan ötrü var qüvvəmizlə gənclərin qapılarına gedib və onlarla dil tapmalıyıq. Beləki, səriştəsi və təcrübəsi olmayan gəncliyin müxalifətçiliyindən bəhrələnmək istəyən güc dövlətləri fürsətdə durub, iğtişaşlar törətmək istəyirlər. Gəncliklə orta xətt tapılıb, lazımi addımlar atmalıyıq ki, onlarda vətənə sevgi valideynlərinə olan sevgi kimi böyüsün. Odur ki, cəmiyyətimizdə ədaləti yaratmaq üçün ilkin olaraq yuxarıda qeyd etdiyim misalı yenə qeyd edirəm; Bu əzaların funksiyasını yerinə yetirə biləcək insanları öz yerlərində olması üçün demokratik cəmiyyət qurulması üçün çalışmalıyıq. Əks təqdirdə cəmiyyətdə anormallıq yaranar və hər kəs olmalı olan yerində olmadığından, öz bildiyini etdiyindən ağız deyib, qulaq eşidəni olmaz. Belə hadisələrin qarşısını almağın ən mühüm və vacibi cəmiyyətin təfəkküründə orta yol tuta bilən, milli barışığa səbəb olan, xəstə təfəkkürləri müalicə edən və balans yarada bilən hamının sevdiyi Vətənpərvərlik mövzusunun elmi-məntiqi cəhətdən uşaqlara, gənclərə və eləcə də ictimaiyyətin bütün təbəqələrinə aşılanması işlərinin görülməsi ilə olar.
-Qeyri-ənənəvi sektaların zərərli təbliğatına qarşı mübarizədə valideynlərin, məktəbin, medianın, cəmiyyətin, ictimai təşkilatlarını rolu nədən ibarət olmalıdır?
- Dünyanın və ölkəmizin indiki həssas bir vaxtlarda dini mövzularda ayıq və agah olmaq lazımdır. Hamılıqla ixtilaflı mövzulardan qaçmalıyıq. Bilmədiyimiz məsələləri öyrənmək, dinimizin gözəlliklərin kəşf edib cəmiyyətimizə hədiyyə etmək lazımdır. Zorakılıqla yox. İnsanlar könüllü olaraq özlərini tanımaqla Allaha çatmaq barəsində düşüncələrini işə salmalıdılar. Fikirdə kimlərinsə təsirindən xilas olub, orta xətti tutan Peyğəmbər (s) və Əhli-beyt yoluna qədəm qoymaq üçün ciddi qərarlar versinlər.
-Yas mərasimlərində məzhəb təbliğatının aparılması nə dərəcədə düzgündür? Sizə elə gəlmirmi ki, yas mərasimlərində imana, doğruluğa, dürüstlüyə çağırışlar edilməli, yalnız Tövhid, tək Allahlı dinlər təbliğ edilməlidir?
- Əlbəttə, belə mərasimlərdə ixtilaflı fikirlərin sərgilənməsi insanlarımızda düşmənçilik toxumunu salmasın deyə sizinlə razılaşıram. Amma Dinimizi tanıtdırmaq üçün Allah nümunələrini (Peyğəmbər (s) və Əhli-beyt (ə)ları) göndərib. Önların şəni nüzuluna deyilən ayə və hədislərin Yas mərasimlərində danışılması yaxşı haldır. Bəzən dinimizi yaxşı başa düşməyən savadsız insanlar fürsətdən istifadə edib, dini və dindarları aşağılamaq istəyənlər olur. Belə hallar çox da olmasa həddlərini aşmırlar. İslam dini bir fikirdir, əqidədir və etiqaddır. Müsəlmanların hətta hamısının pis olması belə İslam dinin gözəlliyinə təsir edə bilməz. Necəki bütün riyaziyyat, kimya və s. elmlərin akademik, alim və tələbələr korpusu pis olsa belə bu elmlərin gözəlliyinə təsir etməz.
- Yas mərasimlərində israfçılığa qarşı və dəbdəbəli qəbir daşlarına qarşı islahalatları necə qiymətləndiririniz?
- Əslində belə məclislər insanın ictimailəşməsinə (səxavətləşməsinə) xidmət edən real vasitədir. Amma Dinimiz yaxşı əməllərdə (namaz, oruc, zəkat, xüms, səxavət və ehsan) məcbur etmir. Və kimlərsə ehsanı Allaha xatir gözəl şəkildə israfçılıq etmədən edərlərsə mane də olmaz. Belə məsələlərdə təzyiq ya məcbur edib aradan qaldırmaq da dinimizi gözdən sala bilər deyə, məcbur etmək olmaz. Hər kəs bəhsə-bəhs deyil, imkanları daxilində, özünü xərcə salmadan dünyasını dəyişənlərin ehsanlarını verə bilər. Qəbir daşları isə sırf israfçılıqdır və dinimizə aid olmayan bir adət -ənənədir. Belə məsələlərdə insanların öz ixtiyarına buraxmaq lazımdır.
