Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (6-05-2015, 20:51)
Şəmkirin icra başçısı yenə döyülüb? – İDDİA

Şəmkirin icra başçısı Alimpaşa Məmmədov rayona gəldiyi gündən öz qeyri adi hərəkətləriylə mətbuatın gündəmindən düşmür. 

Bu adam gah 250 000 manatlıq şou-konsert keçirir , gah ölkənin müdafiə naziri tərəfindən döyülür, gah da ki, rayonda keçirilən Beynəlxalq Şahmat Turnirində gülünc doğuran hərəkətləriylə gündəmi zəbt edir. Sonuncu dəfə isə mətbuat onun rayon çayxanalarında domino və nərdtaxta oynamağa qadağa qoyması xəbərini yayınlamışdı. Bu günlərdə isə redaksiyamıza daha bir ilginc məlumat daxil olmuşdur.
Məlumatı bir neçə mənbədən dəqiqləşdirdiyimizə görə səhihliyinə şübhə yoxdur. Belə ki, bir müddət əvvəl mətbuatda Şəmkir rayon Polis idarəsinin rəisi Şükür Mehdiyevin qəflətən işdən azad olunaraq sərəncama götürülmə xəbəri yayıldı. Və uzun müddət də yerinə təyinat olmadı. Məhz iki gün əvvəl rayona yeni təyinat oldu. Adətən isə hansısa rəis işdən çıxarılan zamansa onun yerinə paralel olaraq başqa bir şəxs təyin olunur. Bəs Şükür Mehdiyevin bu cür qəfil işdən kənarlaşdırılmasına səbəb nə olmuşdur?
Bu baxımdan redaksiya çox ciddi faktlar əldə edib. Belə ki aydın olubdur ki, Şükür Mehdiyev məhz Alimpaşa Məmmədovla aralarında olan ciddi konfliktə görə işdən kənarlaşdırılıb. Belə ki təzə başçı gələn gündən rəisə “göz verib işıq vermirmiş” və rayona öz kadrının gətirilməsini istəyib. Ona görə də Alimpaşa Məmmədov hər fürsətdə polis rəisini gözdən salmaqla məşgul imiş. Sonuncu hadisə zamanı isə əsəblər tab gətirməyib. Və rəis başçının özərinə hücüm çəkib. Hadisə isə belə olub. Belə ki, 14 aprel tarixində İH-nin iclas zalinda toplantı olmalıymış. Başçı həmişə olduğu kimi “yubanırmış”. Bu vaxt ərzində isə hamı sərbəst şəkildə biri-biriylə söhbətləşirmiş. Qəfil zala daxil olan Alimpaşa Məmmədov onun zala daxil olmasından bixəbər olan rəisə ” bu nə oturuşdu? ayağını aşağı sal ə. bardeldə deyilsən”- deyir.
Alimpaşanın atmacalarından cana yığılmış rəisin əsəbləri bu dəfə dözmür. Sözün rayonun rəhbər işçilərinin yaninda deyilməsi onu haqlı olaraq özündən çıxarır. Və o yerindən duraraq Alimpaşanın yaxasından tutur. Və bu nə danışıqdı?..kimsən ki sən..dünənə qədər rayonun bardürlərini kraskalayan olubsan da,..”-deyir. Vəziyyət az qala əlbəyaxa səviyyəsinə qalxacaqmış. Yalnız rayon prokuroru Allahverdi Novruzovun araya girməsindən sonra başçı yaxasını qurtarıb arxa otaqda gizlənə bilib.
Bundan sonra Şükür Mehdiyev hadisə barədə rəhbərliyə məruzə edərək işdən azad olunmasını xahiş edib. 16 apreldə o işdən azad olunaraq sərəncama götürülür. May ayının 4-də isə Oğuz Polis Şöbəsinin rəisi Cəmil Əmirov Şəmkir Polis bölməsinə rəis gətirilir. Cəmil Əmirov isə Alimpaşanın köhnə dostu- Vergilər nazirinin birinci müavini Natiq Əmirovun qardaşıdır. Necə deyərlər əlavə şərhə ehtiyac yoxdur…
Ardı var
P.S. Məsələ ilə bağlı əlaqə saxladımız tərəflərin heç biri faktı inkar etmədi. Belə ki, Şəmkir icra başçısının köməkçisi Mahir Əliyev bizlə telefon söhbətində məsələ ilə bağlı heç nə deyə bilməyəcəyini və icra başçısının humanitar məsələlər üzrə müavini ilə danışmağımızı istədi. Alimpaşa Məmmədovun müavini ilə telefonla danişmaq cəhdlərimiz nəticəsiz qaldı…
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə polis rəisinin icra başçısı ilə konflikt yaşaması barədə deyilənlərə şərh vermək istəmədiyini deməklə yanaşı qeyd etdi ki, Şükür Mehdiyev artıq Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini təyin olunub. (aztoday.az)

 

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025