Sosial / Slayd (5-05-2015, 11:36)
“Cəza tədbirləri görüləcək” - Nazir
“Təhsil Nazirliyi tərəfindən aparılan monitorinqlər nəticəsində bir sıra rayon Təhsil şöbələrinin fəaliyyətində bir sıra müəllim vakansiyalarının müsabiqəyə çıxarılmamış hallarına rast gəlinir. Bu hallar barədə həm ictimaiyyətə, həm də müəyyən dövlət orqanlarına məlumat çatdırılacaq və müvafiq cəza tədbirləri görüləcək”.
“Mediatv.az” xəbər verir ki, bu sözləri Təhsil naziri Mikayıl Cabbarov “Heydər Əliyev 92” inşa müsabiqəsinin mükafatlandırılma mərasimində çıxışı zamanı deyib. M.Cabbarov 2015-ci ildə bir sıra yeniliklərin tətbiqinə başlamaq niyətində olduqlarını vurğulayıb: “Belə ki, ölkəmizin bir sıra məktəblərində sentyabr ayından yuxarı siniflərdə təmayülləşmənin tətbiqini planlaşdırırıq. Onlarla Azərbaycan məktəblərində bu artıq tətbiq olunacaq və hazırlıq işləri həyata keçirilir. Bakının iki məktəbində bu ilin sentyabr ayında inklüziv təhsilin tətbiqinə başlanacaq. Bu gün 10 minlərlə fiziki qüsurlu uşaqlarımız təhsil sistemindən kənarda qalır. Bu ildən başlayaraq bu cür uşaqlar inklüziv təhsilə cəlb olunması nəzərdə tutulur”.
Nazir qeyd edib ki, Dövlət Strategiyasında ümumi təhsilin məzmunu sahəsində islahatların aparılması, mövcud kurrikulumların 12 illik ümumi təhsil modeminə uyğun yeniləşdirməsi, təhsilin mızmununda tərbiyə məsələlərinə, milli-mənəvi əvə bəşəri dəyərlərə üstünlük verilməsi nəzərdə tutulur: “Müəllimin nüfuzunun artırılması, əmək haqlarının artırılması ilə bağlı son 1 ildə Təhsil Nazirliyi tərəfindən bir sıra addımlar atılıb. Ötən il Bakı məktəblərində çalışan 32 min müəllimin bilik və bacarıqları diaqnostik qiymətləndirmədən keçirilib. Bu prosesin ölkənin bütün məktəblərində keçirilməsi nəzərdə tutulub. Artıq bu barədə hökumətə təkliflərimizi təqdim etmişik”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024