Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (2-05-2015, 15:02)
İcra başçısının oğlunun törətdiyi qəzada ölən gəncin atası prezidentə müraciət etdi

Ötən ilin sentyabrın 27-də saat 18 radələrində Xəzər rayonunda “Mercedes” markalı avtomobil Əhliman Qəhrəmanovun idarə etdiyi yük maşını ilə toqquşub. Hadisə zamanı “McDonalds Azərbaycan” şirkətinin icraçı direktoru Maqsud Mirzəyevin 16 yaşlı oğlu Sənan Mirzəyev dünyasını dəyişib. 


Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğlu İlham Əsgərli və sürücüsü Pərvin Fətullayev yaralanıb. Onların hər üçü xəstəxanaya yerləşdirilsə də, yalnız Sənan Mirzəyev ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. 

Maqsud Mirzeyivin hüquqlarını müdafiə edən vəkil Afət Qazıyeva Modern.az saytına bildirib ki, müvəkkili prezident İlham Əliyeva müraciət edib: “Biz bu işin tam nəzarət altında olacağına ümid edirik. İstəyirik ki, qanuna kənar şəxslər müdaxilə etməsin. Çünki məhz “Mercedes” markalı avtomobil və yük maşınının təqsiri üzündən ölümlə nəticələnən bu yol-nəqliyyat hadisəsi baş verib. 

Hadisə ilə bağlı məhkəmə gedir. Amma hazırda bu iş dayandırılıb. Çünki məhkəmə o iş üzrə əsasız olaraq əlavə trasoloji yol-nəqliyyat ekspertizası təyin edib. 

Çünki iş materiallarından da görünür ki, istintaq orqanı həm təqsirləndirilən şəxslərin, həm də şahidlərin mövqeyindən nəzərə alıb iki variantda trasoloji yol-nəqliyyat hadisəsi ekspertizası təyin edib və rəy alınıb ki, hər iki sürücünün bu yol nəqliyyat hadisəsində günahı var. Onlar əgər qaydalara riayət etsəydilər bu yol-nəqliyyat hadisəsinin qarşısını ala bilərdilər. Həmin suallara istintaq zamanı cavab alınıb. Burda sual yaranır: “Məhkəməyə hər şey aydın olduğu halda yenidən bu əlavə ekspertizada məqsədi nədir?” 

Dövlət ittihamçısı əsassız olaraq təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatətinin təmin olunmasını məhkəmədən xahiş edir ki, iş üzrə əlavə trasoloji yol-nəqliyyat hadisəsi ekspertizası təyin olunsun. Halbuki buna əsas yoxdur. Burda dövlət ittihamçısının marağı nədir? Əslində o, dövlət ittihamını müdafiə etməlidir. 

Amma dövlət ittihamçısı İlham Əsgərlini müdafiə edir. Görəsən, onun burda nə marağı var? 

Hadisə zamanı yaralanan Pərvin Fətullayev “Mercedes” markalı avtomobilin sürücüsü olsa da, hadisə zamanı idarə etməni İlham Əsgərliyə verib. Həmin vaxt da İlhamın 18 yaşı olmamışdı. Üstəlik, İlham həmin vaxt avtoxuliqanlıq edib. Bu da həmin avtoxuliqanlığın nəticəsi. Maraqlıdır, o, avtoxuliqanlığı kimə güvənərək edib? 

Bu suallar İlham Əsgərliyə verilməlidir. Bu səbəbdən biz qanuna uyğun qərarın çıxarılmasını istəyirik. İlham Əsgərli təqsirli bilinməlidir. Çünki bununla bağlı rəy var. O cəzasını almalı, ona qarşı hökm çıxarılmalıdır. Biz istəyik ki, kimin bu yol-nəqliyyat hadisəsində təqsiri var o, qanun qarşısında cavab versin”.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024