Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (30-04-2015, 23:13)
Bakıda müəllimlər ixtisasartırma kurslarına cəlb olunur

 

Bu layihə gələn il üçün birinci sinifdə dərs deyəcək müəllimləri əhatə edəcək

Təhsil Nazirliyi müəllimlər üçün ixtisasartırma təlimlərinə başlayıb. 
“Mediatv.azi”nin məlumatına görə, bu fikri nazirliyin Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev sözügedən qurumda keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, təlimlərə bu ildən start veriləcək. 
O deyib ki, bəzi hallarda müəllimlər təlimləri düzgün qəbul etməyərək, yenidən imtahan verib sınaq qiymətləndirilməsi kimi dəyərləndirirlər. Onun sözlərinə görə, bu, sadəcə anlaşılmazlıqdır: “Müəllimlərin ehtiyaclarına uyğun təlimlər təşkil olunur. Nazirliyin ixtisasartırma ilə bağlı yanaşması tamamilə dəyişib. Belə ki, təlimlərə cəlb olunan müəllimlərin işdən çıxarılması və ya hansısa intizam tədbirlərinə cəlb olunması nəzərdə tutulmayıb".
Nazirlik rəsmisi onu da qeyd edib ki, artıq Bakıda “Təməl” layihəsinin icrasına başlanıb. Onun sözlərinə görə, bu layihə gələn il üçün birinci sinifdə dərs deyəcək müəllimləri əhatə edəcək: “101 müəllim könüllü şəkildə bu kurslara cəlb olunub. İxtisasartırma kursunu keçən müəllimlər biliyin qiymətləndirilməsi ilə bağlı sınaq imtahanında qənaətbəxş nəticə göstəriblər. Kurslarda iştirak edən müəllimlər Bakının 70 məktəbini təmsil edir. Bununla da valideynlərin "bu məktəbin müəllimi daha yaxşıdır" deməmələri üçün layihəni icra etdik. Əgər həmin müəllimlər sonda uğur əldə edərlərsə, həmin siniflərə də müasir texniki avadanlıqların verilməsi nəzərə alınacaq. Bu da təhsil prosesini kökündən dəyişən islahat olacaq".
Nazirliyin QHT və KİV-lə İş sektorunun müdiri Cəsarət Valehov isə qeyd edib ki, Təhsil Nazirliyinin SABAH qruplarına mədəniyyət və incəsənət ixtisası üzrə qəbul keçiriləcək. Bura dekorativ incəsənət, instrumental ifaçılıq, aktyor və rejissorluq ixtisasları daxildir. O, həmçinin təhsil müəssisələrinin yeni avadanlıqlarla təminatı ilə bağlı həyata keçirilən işlərdən də danışıb: "50-dək ümumtəhsil məktəbi yeni laboratoriya avadanlıqları ilə təchiz olunub, hərbi kabinetlər qurulub".
Təhsil Nazirliyinin sektor müdiri Həsən Həəsənli isə mətbuat konfransında Azərbaycan gənclərinin xaricdə təhsil məsələsinə toxunan deyib ki, ötən il 573 nəfər azərbaycanlı tələbə xaricdə təhsil alıb. Həsən Həsənli bildirib ki, “Azərbaycan gələcəyə baxış 2020” konsepsiyasına uyğun olaraq, ölkədə tələbatın çox olduğu sahələr üzrə tələbələrin xaricdə təhsil alması üçün yeni dövlət proqramı hazırlanıb: “Dövlət proqramı ilə bağlı layihəNazirlər Kabinetinə təqdim olunub. Proqram 2016-2020-ci illəri əhatə edəcək. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
Sevinc

шаблоны для dle 11.2

Xəbər lenti
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025