Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (27-04-2015, 13:50)
Qarabağ əlili şikayət etdi, “Atena” şirkətində yoxlama aparıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ əlilinin şikayəti ilə “Atena” şirkətində yoxlama aparıb

 

Bu barədə virtualaz.org saytına nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib.
E.Babayev bildirib ki, II qrup Qarabağ əlili Elxan Bayramov şirkətdən qeyri-qanuni işdən azad edilməsi ilə bağlı şikayət edib. Nazirlik araşdırma aparıb və bəlli olub ki, Bayramov Elxan Adıgözəl oğlu ilə bağlanmış əmək müqaviləsinə qanunsuz xitam verilib.
Xidmət tərəfindən əmək qanunvericiliyin tələblərinə uyğun tədbir görülməklə II qrup Qarabağ müharibəsi əlilinın yenidən “Atena” MMC-də əvvəlki işinə bərpa olunması təmin edilib.
Nazirlik işəgötürənlərə sosial cəhətdən həssas əhali qruplarına, xüsusən də Qarabağ döyüşlərində fiziki sağlamlıqlarını itirmiş insanlara və şəhid ailəsi üzvlərinə daim diqqət və həssaslıqla yanaşmağı tövsiyə edir.
Qeyd edək ki, Əmək Məcəlləsinin bu tələbini pozan işəgötürənlərə qarşı cərimələr tətbiq edilir.
“Atena” MMC süd və süd məhsullarının istehsalı ilə məşğul olur.
шаблоны для dle 11.2

Xəbər lenti
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025