Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (21-10-2014, 18:59)
Maşın növbəsinə düşə bilməyən Qarabağ əlilindən- Şikayət

Maşın növbəsinə düşə bilməyən Qarabağ əlilindən- Şikayət

 

Qarabağ əlili avtomobil növbəsinə yazıla bilməməsindən şikayətçidir. 

“Qafqazinfo”ya müraciət edən 1957-ci il təvəllüdlü Bəxtiyarov Maarif Yaqub oğlunun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətində tibbi ekspertizadan keçib və ona avtomobil növbəsinə yazıla bilməyəcəyini deyiblər. 

Sosial Təminat Xidmətindən ona bildirilib ki, avtomobil növbəsi onun aid olduğu kateqoriya üçün nəzərdə tutulmayıb:

“Avtomobil növbəsi I və II qrup əlillər üçün nəzərdə tutulub. Mən özüm II qrup Qarabağ əliliyəm. Müharibədə kəllə-beyin zədəsi almışam. Mənə deyirlər ki, sən avtomobil idarə edə bilməzsən. Onlara deyirəm ki, axı I, II qrup əlillər arasında görmə qabiliyyətini itirən şəxslər var, lakin onlara avtomobil verilir. Özləri olmasa da, övladları idarə edirlər. Mənə idarə etmək olmazsa, o zaman verərəm oğlum sürər maşını. Başa düşə bilmirəm, eyni qrupdan olan əlilləri niyə kateqoriyalara bölürlər. 

Müharibəyə könüllü yollananlardan da biri mənəm, 90-cı illərdə milli-azadlıq hərəkatının iştirakçılarından olmuşam, indi niyə ayrı-seçkilik salırlar? Bu mənə ağır gəlir. Füzulinin Əhmədbəyli, Seyidəhmədli kəndlərindən ermənilərin boşaldılması prosesində şəxsən iştirak etmişəm. Biz ölümü gözə alıb ön cəbhədə döyüşə yollanan insanlarıq. İndi bizi kateqoriyalara bölməkləri nə qədər ədalətlidir?

Mən cənab prezidentə Qarabağ əlillərinə göstərdiyi diqqətə görə minnətdaram. Dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncam sayəsində indiyə qədər bir çox Qarabağ əlili avtomobillə təmin olunub. Cənab prezident ümid edirəm ki, mən də daxil olmaqla avtomobil növbəsinə yazıla bilməyən digər I, II qrup əlillərin bu probleminə də biganə qalmayacaqsınız”.

шаблоны для dle 11.2

Xəbər lenti
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024