Karusel (4-02-2015, 12:14)
Füzulidə hesabat iclası keçirilib
Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində Füzuli rayonunun 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib
İclasda ötən il rayonda görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilmiş, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin uğurla icra olunduğu, geniş tikinti-quruculuq və abadlıq işlərinin aparıldığı diqqətə çatdırılmışdır.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev hesabat məruzəsi ilə çıxış etmişdir. Alı Alıyev bildirilmişdir ki, ötən il Horadiz şəhərində Bayraq Meydanı, Qəhrəmanlar Parkı, tikiş sexi, boulinq zalı, Xocalı Soyqırımı Qurbanlarının xatirəsinə abidə kompleksi, Qəhrəmanlar Parkı, Heydər Əliyev Fondunun vasiti hesabına uşaq bağçası, Tarix Diyarşünaslıq Muzeyi, Rayon İcra Hakimiyyətinin inzibati binası tikilmiş, ölkə Prezidenti cənab İlham Əliyev 28 avqust 2014-cü ildə rayona səfəri zamanı həmin obyektlərin açılışında iştirak edərək görülən işləri yüksək qiymətləndirmişdir.
Alı Alıyev qeyd etmişdir ki, 2014-cü ildə Heydər Əliyev parkı genişləndirilımiş, Gənclər prospekti salınmışdır. Beş küçə müasir dizaynla yenidən inşa edilmiş, rayon ərazisində 80 mindən artıq müxtəlif ağac və gül kolları əkilmişdir.
Alı Alıyev bildirmişdir ki, hazırda Horadiz şəhəri ilə yanaşı rayonun kəndlərində də tikinti-quruculuq işləri aparılır, Əhmədbəyli kəndində 340 şagird yerlik gimnaziya, Bala Bəhmənli kəndində Heydər Əliyev Fondunun vəsaiti hesabına uşaq bağçası, Əhmədbəyli kəndində 35 çarpayılıq uşaq bağçası inşa edilir, yaxın vaxtlarda rayon ərazisində yeni qəsəbənin tikintisinə start veriləcəkdir.
Alı Alıyev hesabat məruzəsində füzulili məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, aqrar sektorda, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əldə olunan naliyyətlərdən danışmış, əhalinin təbii qaz, elektrik enerjisi və su təminatının yaxşılaşdırılması ilə bağlı tapşırıqlar vermişdir.
Hesabat iclasında uğurlarla yanaşı problemlər də qeyd edilmiş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Bildirilmişdir ki, 2015-ci ildə rayonun yaşayış məntəqələrinin qazlaşdırılması başa çatdırılacaq, Birinci və On Birinci Qayıdış qəsəbələrini birləşdirən avtomobil yolu yenidən qurulması, əhalinin sosial-iqtisadi rifahının gücləndirilməsi, suvarma suyuna olan tələbatının ödənilməsi istiqamətində tədbirlər davam etdiriləcəkdir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024