Sosial (13-03-2014, 18:57)
“Əkrəm Əylisli bilir ki, yazdığı cızmaqara “Nobel”lik deyil”
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı partiyanın saytına müsahibə verib.
“Mediatv.az” xəbər verir ki, deput müsahibəsində Əkrəm Əylislinin «Daş yuxular» romanının Nobel mükafatına namizəd göstərilməsinə də münasibət bildirib. Müsahibənin həmin hissəsini təqdim edirik.
- Mubariz müəllim, bugünlərdə Əkrəm Əylislinin «Daş yuxular» romanının Nobel mükafatına namizəd göstərilməsi üçün müraciət olunub. Sizcə, bu hansı məqsədlərdən irəli gəlir?
- Əslində, adını çəkdiyiniz yazıya əsər deməyə adamın dili gəlmir. Fikrimcə, Ə.Əylisli həmin cızmaqaraya görə heç vaxt bu mükafatı ala bilməz. Çünki Nobel mükafatını verənlər belə cızmaqaralara heç vaxt imza atmayıblar və atmazlar da. Ədəbiyyat üzrə namizədlərin siyahısına baxsanız, Ə.Əylislinin adının hallanması sadəcə, hansısa qrupların piar kampaniyasının olduğunu açıq-aydın görmək mümkündür. Bütün bunlar müəyyən qrupların Ə.Əylisliyə və onun anti-Azərbaycan xarakterli yazdığı yazısına olan «xidmətdir». Əslində, Ə.Əylislinin özü də başa düşür ki, yazdığı cızmaqara «Nobel»lik deyil. Biz hələ əvvəlcədən də demişdik ki, Ə.Əylisli bu cızmaqaranı yazmaqla hansısa mükafat almaq iddiasındadır. Şöhrətpərəst adamlar bu xəstəlikdən uzaqlaşa bilmir. O da bu tip insan olduğundan belə yazı yazıb. Ə. Əylisini yaxşı tanıyanlar onun bu xasiyyətinə bələddir.
Ümumiyyətlə, hesb edirəm ki, bu məsələyə ciddi yanaşmaq lazım deyil. Çünki, bir neçə nəfər sadəcə, Ə.Əylislinin namizədliyi üçün müraciət edib. İndi də bundan istifadə edib kimlərsə, hansısa kampaniya aparırsa, bunun heç bir mənası və əhəmiyyəti yoxdur.